Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
“Cagdas.Az” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0,7 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6,9 milyard ABŞ dollarını üstələyib”, – deyə AMB bəyan edib.


