Avqustun 18-də Bardə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Çağdaş.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.
















