Son dəqiqə
Misir Mərdanovdan vahid məktəbli forması məsələsinə REAKSİYA Məktəbli geyimi qalmaqalı: İctimai qaydanı pozan 37 nəfər həbs edildi – DİN Azərbaycan xaricdən ən çox hansı malları alır? – İlk 10-luq Laos Prezidenti Azərbaycana rəsmi səfər edib “Məktəbdə diqqət geyimə yox, dərsə yönəlməlidir” – Xalq artisti Azərbaycanın xaricə satdığı 10 əsas məhsul – SİYAHI Mehriban Əliyeva Kambocanın birinci xanımı ilə görüşdü – VİDEO Azərbaycan-Kamboca sənədləri mübadilə olundu – YENİLƏNİB Prezident Quba-Xəzəryanı üzrə neft sazişini təsdiqlədi Azərbaycanla müdafiə və təhlükəsizlik sahələrində münasibətlər mövcuddur
Reklam
Reklam

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu – YENİLƏNİB

Cəmiyyət

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.

Cagdas.az xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

1554521

1554520

1554519

1554518

1554517

1554516

11:52

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.