Son dəqiqə
Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı Əhalinin qaz limitlərinin artırılması TƏKLİF EDİLDİ 55 ölkədən 100 nəfər Azərbaycanda təhsil qrantı qazandı Ermənistanın Aİ-yə üzvlüyü variantlardan biridir – Paşinyan 102 tələbəyə Prezident təqaüdü veriləcək – SİYAHI Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri Məktəbin qarşısında dini şüarlar səsləndirdilər, şüşələri sındırdılar – VİDEO Ermənistan parlamenti TRIPP layihəsini müzakirəyə çıxarır – TARİX Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyir – FOTO UEFA-dan gələn milyonlar: klublarımız pulu hara xərcləyir?
Reklam
Reklam

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri

Cəmiyyət

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

Cagdas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,5 faiz yüksəlib.

Sentyabrda istehlak qiymətləri avqustla müqayisədə 0,9 faiz, ötən ilin sentyabrına nisbətən isə 5,5 faiz artıb.

Ay ərzində qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta bahalaşıb. Gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri də yüksəlib.

Kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələm isə ucuzlaşıb.

Ümumilikdə, sentyabrda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 1,4 faiz, ötən ilin müvafiq ayına nisbətən 6,9 faiz artıb.

Qeyri-qida məhsulları üzrə aylıq qiymət artımı 0,4 faiz, illik artım isə 3,6 faiz təşkil edib. Geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlər bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb.

Ödənişli xidmətlərin qiymətləri avqustla müqayisədə 0,6 faiz, ötən ilin sentyabrına nisbətən 5,1 faiz yüksəlib.

Ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının xidmətləri, mənzil kirayəsi və bərbərxana xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətləri isə ucuzlaşıb.

Digər məhsul və xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.\modern.az\