• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.7° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

23 İyul, 26 / 15:59
A A
Corporate Management Strategy Solution Branding Concept

Corporate Management Strategy Solution Branding Concept

Finlandiyada tətbiq edilən çevik iş modeli Azərbaycan üçün ən uyğun nümunələrdən biridir.

Cagdas.az xəbər veriri ki bu sözləri Modern.az-a açıqlamasında insan resursları üzrə aparıcı mütəxəssis Aytən Şıxalıyeva deyib.

Onun sözlərinə görə, bu model işçiyə müəyyən çərçivədə iş saatlarını seçmək imkanı yaratmaqla yanaşı, işəgötürən üçün də iş vaxtının uçotu və idarə olunması baxımından aydın mexanizmlər təmin edir:

“Burada əsas prinsip həftəlik iş vaxtı normasının müəyyən hesabat dövrü ərzində qorunması və bütün iş saatlarının elektron şəkildə uçota alınmasıdır. Azərbaycan üçün də ən real model iş saatlarının tam sərbəst buraxılması deyil, “əsas iş saatları + çevik başlanğıc və bitmə vaxtı + elektron iş vaxtı uçotu” prinsipinə əsaslanan çevik iş rejimidir. Bu yanaşma həm işçinin sərbəstliyini təmin edir, həm də işəgötürənin idarəetmə və nəzarət imkanlarını qoruyub saxlayır”.

Qeyd edək ki, Finlandiyada standart iş həftəsi adətən 37.5-40 saat təşkil edir. Bu isə həftədə 5 gün olmaqla, gündəlik 7.5-8 saatlıq iş rejimi deməkdir. Ölkədə normadan artıq iş saatları (overtime) həvəsləndirilmir.

Fin qanunvericiliyinə əsasən, işçilərin böyük hissəsi günün başlanma və bitmə saatlarını özləri tənzimləyə bilirlər. Məsələn, 07:00-15:00 və ya 09:00-17:00 rejimləri ən çox üstünlük verilənlər arasındadır. Bundan başqa, hibrid və məsafədən iş modeli də geniş yayılıb.

Ölkədə illik ödənişli məzuniyyət müddəti adətən 4-5 həftədir. Eyni zamanda, həm analar, həm də atalar üçün bərabər və geniş imkanlar yaradan valideyn məzuniyyəti sistemi tətbiq olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində ölkədə beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına əsaslanan bu model həftəlik 40 saatlıq iş normasını saxlamaqla, işçiyə günün başlanma və bitmə saatlarını müəyyən çərçivədə sərbəst seçmək imkanı verir.

2026–2030-cu illər ərzində beynəlxalq təcrübə araşdırılacaq, normativ-hüquqi baza hazırlanacaq və sistem mərhələli şəkildə tətbiq olunacaq.

Bənzər Xəbərlər

Cəmiyyət

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

İyul 23, 2026
Cəmiyyət

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

İyul 23, 2026
Cəmiyyət

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda yeni dövlət qurumu yaradılır

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

İyul 23, 2026
Cəmiyyət

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

İyul 23, 2026

XƏBƏR LENTİ

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

23 İyul, 26 / 17:10

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

23 İyul, 26 / 16:57

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

23 İyul, 26 / 16:41

Azərbaycanda yeni dövlət qurumu yaradılır

23 İyul, 26 / 16:28

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

23 İyul, 26 / 16:15
Corporate Management Strategy Solution Branding Concept

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

23 İyul, 26 / 15:59

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

23 İyul, 26 / 15:47

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə – Milyonlar mənimsəyib

23 İyul, 26 / 15:35

ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR – “Kupça” və qeydiyyat məsələlərinə təsiri olacaq?

23 İyul, 26 / 15:19

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

23 İyul, 26 / 15:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.