• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan - Çin münasibətləri yeni zirvədə: Strateji tərəfdaşlıq güclənir

25 Mart, 26 / 14:44
A A

Azərbaycan-Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

“Çağdaş.Az” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşü zamanı deyib.

Cao Lıc Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 34 ildə münasibətlərin qarşılıqlı hörmət və dəstəklə müşayiət olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə iki ölkə başçısının rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrlə arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclis sədrinin sözlərinə görə, ölkələr arasında münasibətlər həmişə dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

C.Lıci Azərbaycanın “Vahid Çin” siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunu yüksək qiymətləndirir. S.Qafarova deyib ki, bu gün Azərbaycan Avrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevrilib.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobal cənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirməni daha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü və ölkənin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyini də dəstəkləyir.

C.Lıci həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

Bənzər Xəbərlər

İqtisadiyyat

Baş nazirdən maaşlarla bağlı QƏRAR

Avqust 19, 2026
Cəmiyyət

Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO

Avqust 19, 2026
Cəmiyyət

Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı – VİDEO

Avqust 19, 2026
claude
Manşet

AI artıq sizin adınızdan yazışa bilər: Claude-un yeni funksiyası təqdim edildi

Avqust 19, 2026
Manşet

iPhone 18 Pro Max üçün iki yeni kamera xüsusiyyəti gəlir

Avqust 19, 2026
Cəmiyyət

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Avqust 18, 2026

XƏBƏR LENTİ

Ermənistan Azərbaycanla bağlı 5 illik planı AÇIQLADI

19 Avqust, 26 / 22:17

Bu universitetin tələbələrinə ŞAD XƏBƏR

19 Avqust, 26 / 22:03

ŞAD XƏBƏR - Gözlənilən ucuzlaşma başladı

19 Avqust, 26 / 21:47

Qarabağdan gedənlərin qapısı QIFILLANIR

19 Avqust, 26 / 21:32

Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi – FOTO 

19 Avqust, 26 / 21:17

Ölkədə avtomobillərin sayı iki milyona yaxınlaşır

19 Avqust, 26 / 21:04

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

19 Avqust, 26 / 20:52

Anar Əliyev Azərbaycana gətirildi - VİDEO

19 Avqust, 26 / 20:37

Baş nazirdən maaşlarla bağlı QƏRAR

19 Avqust, 26 / 20:23

Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO

19 Avqust, 26 / 20:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.