• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.8° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda bu fəaliyyətlə bağlı yeni cərimələr müəyyən edilir

14 İyul, 26 / 14:00
A A

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.

Cagdas.az  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Sənədə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər.

Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Bankaa təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qeyd edilib ki, kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcəklər.
Sənədə əsasən, kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə – vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Kradufandinq sahəsində kraudfanding platformasının operatoru tərəfindən kraudfanding kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun layihəsinə görə, “Valyuta tənzimi haqqında” Qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Mərkəzi Banka təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycana qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5 %-dən 10 %-dək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 %-dən 20 %-dək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 %-dən 30 %-dək məbləğdə cərimə ediləcəklər.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

İyul 14, 2026
Cəmiyyət

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

İyul 14, 2026
Cəmiyyət

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

İyul 14, 2026
Cəmiyyət

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir

İyul 14, 2026
Cəmiyyət

Kraudfandinq operatorunun fəaliyyətinin hüquqi əsasları müəyyən edilir

İyul 14, 2026
Cəmiyyət

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

İyul 14, 2026

XƏBƏR LENTİ

Toxumçuluqda yeni rüsumlar müəyyənləşir

14 İyul, 26 / 15:09

Azərbaycanda elit toxum istehsalı özəl sektora yol açır

14 İyul, 26 / 14:55

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

14 İyul, 26 / 14:41

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir

14 İyul, 26 / 14:28

Kraudfandinq operatorunun fəaliyyətinin hüquqi əsasları müəyyən edilir

14 İyul, 26 / 14:14

Azərbaycanda bu fəaliyyətlə bağlı yeni cərimələr müəyyən edilir

14 İyul, 26 / 14:00

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

14 İyul, 26 / 13:48

Azərbaycanda yeni Şura yaradılır

14 İyul, 26 / 13:34

Azərbaycanda kütləvi pul yığma ilk dəfə qanunla tənzimlənəcək

14 İyul, 26 / 13:20

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

14 İyul, 26 / 13:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.