• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.1° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər - AÇIQLAMA

25 Avqust, 26 / 10:36
A A

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin ilk rübündə Azərbaycanda əhalinin alkoqollu içkilərə aylıq adambaşına orta xərci 2,35 manat təşkil edib. İqtisadi rayonlar arasında ən yüksək göstərici isə Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada bu göstərici 3,9 manat olub.

Bu rəqəmlər bölgələr arasında alkoqollu içkilərə çəkilən xərclərin fərqli olduğunu göstərir. Lakin adambaşına düşən xərclərin yüksək olması avtomatik olaraq həmin ərazidə alkoqol istifadəsinin daha geniş yayıldığı anlamına gəlmir. Bu göstəriciyə gəlirlərin səviyyəsi, məhsulların qiyməti, istehlak vərdişləri, yerli istehsal və digər sosial-iqtisadi amillər də təsir göstərə bilər.

Çağdaş.Az bildirir ki, sosioloq Naib Niftəliyev “Demokrat.az”a açıqlamasında bildirib ki, bu göstəricinin Qazax-Tovuz iqtisadi rayonunda nisbətən yüksək olması nisbi xarakter daşıyır.

Onun sözlərinə görə, müqayisə sadəcə orta statistik göstəricini müəyyənləşdirmək və müxtəlif ərazilərdə vəziyyətin necə dəyişdiyini görmək üçün aparılır:

“Statistik hesablamaların müxtəlif meyarlar üzrə aparılması mümkündür və burada şərti olaraq Qazax-Tovuz iqtisadi rayonunun önə çıxması heç də həmin ərazidə alkoqollu içkilərə meylliliyin və ya həddindən artıq istifadənin göstəricisi kimi qəbul edilə bilməz. Burada eyni prinsipi digər bölgələrə tətbiq etdikdə də fərqli nəticələr əldə oluna bilər. Yəni bu gün Qazax-Tovuz, sabah Quba-Xaçmaz, başqa vaxt isə Aran, Bakı və ya Abşeron iqtisadi rayonları bu göstəricilərə görə önə çıxa bilər.

Statistikanın necə aparılması, hansı meyarlar və metodlar əsasında hesablanması çox vacibdir. Burada sadəcə bir göstəricini önə çıxararaq onu birbaşa alkoqolizm səviyyəsinin göstəricisi kimi qiymətləndirmək və bunun əsasında nəticə çıxarmaq həm praktiki, həm elmi, həm də metodoloji baxımdan yanlış yanaşma olardı

Digər tərəfdən, regionlarımızın sosial-iqtisadi və mədəni xüsusiyyətlərini də nəzərə almaq vacibdir. Ola bilər ki, həmin dövrdə, məsələn, şadlıq mərasimləri və ya toy məclisləri Qazax-Tovuz iqtisadi rayonunda daha çox olub və nəticədə alkoqollu içkilərin istehlakı artıb.

Aydındır ki, Azərbaycan cəmiyyəti kifayət qədər mühafizəkar olsa da, İslam ənənələri güclü olsa da, xüsusilə bəzi məclislərdə alkoqollu içkilərdən istifadə digər bölgələrdə olduğu kimi Qazax-Tovuz iqtisadi rayonunda da müşahidə olunur. Bu cəhəti də nəzərə almaq lazımdır.

Azərbaycanda alkoqollu içkilərin satışı və istifadəsi qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində tənzimlənir. Müəyyən hallarda, xüsusilə avtomobil idarə edərkən alkoqoldan istifadəyə və digər qanun pozuntularına görə məhdudiyyətlər və sanksiyalar tətbiq olunur”.

Sosioloq əlavə edib ki, digər tərəfdən, həm adət-ənənələr, həm alkoqollu içkilərin qiyməti, həm də satış şərtləri xərclərin formalaşmasına təsir göstərə bilər:

“Bu insanların hansı alkoqollu içkilərdən istifadə etdiklərinə və istehlak həcminin nə qədər olduğuna da baxmaq lazımdır. Ola bilsin ki, xərclər yüksəkdir, çünki daha bahalı içkilərdən istifadə edilib, amma ümumilikdə istehlak səviyyəsi aşağıdır.

Digər tərəfdən, kənd təsərrüfatı və məişət mədəniyyətinin daha güclü olduğu bölgələrdə alkoqollu içkilər müəyyən məclislər, ad günləri, müxtəlif mərasimlər və digər tədbirlər zamanı istifadə oluna bilər. Adətən bizdə yas məclislərində alkoqollu içkilərdən istifadə geniş yayılmış hal deyil və cəmiyyət tərəfindən də qəbul edilmir.

Xərc və istehlak həcmini də burada müqayisə etmək lazımdır. İnsanların daha bahalı içkilərə üstünlük verməsi və daha keyfiyyətli məhsullar axtarması qiymət göstəricisinə təsir göstərə bilər və bu, regionlar arasında müəyyən fərqin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, statistik göstəriciləri müqayisə etdikdə nəzərə almaq lazımdır ki, bəzi insanlar müəyyən alkoqollu içkiləri, məsələn, tut arağı və digər məhsulları ev şəraitində hazırlaya bilirlər. Bu amillər nəzərə alındıqda göstəricilər arasında fərq dəyişə bilər. Yəni rəsmi statistika ilə real istehlak arasında fərqlənən məqamlar da ola bilər.

Bu baxımdan, qəti nəticə olaraq həmin regionda vəziyyətin məhz belə olduğunu söyləmək bir qədər yanlış yanaşmadır. Eyni zamanda, bunu bütövlükdə Azərbaycana aid etmək də mümkün deyil.

Ümumilikdə, müşahidələr göstərir ki, Azərbaycanda son illərdə alkoqollu içkilərdən istifadənin cəmiyyət səviyyəsində əhəmiyyətli dərəcədə artdığını söyləmək çətindir. Müəyyən təbəqələrdə dəyişikliklər ola bilər, lakin bunu bütövlükdə cəmiyyətə şamil etmək düzgün olmaz.

Bəzi insanların alkoqollu içkilərlə bağlı müəyyən vərdişləri və ənənələri davam etdirməsi mümkündür. Bununla yanaşı, ictimai münasibətləri, ailə daxilindəki yanaşmaları və digər amilləri də nəzərə almaq lazımdır. Bu baxımdan, alkoqollu içkilərin həddindən artıq istifadəsinin geniş yayıldığını yalnız bu göstərici əsasında söyləmək olmaz.

Bu göstəricini daha dəqiq və obyektiv qiymətləndirmək üçün alkoqol istifadəsinin fiziki həcmi, əhalinin gəlirləri, alkoqol asılılığı ilə bağlı tibbi-sosial göstəricilər, yol-nəqliyyat hadisələri və alkoqol istifadəsi nəticəsində baş verən hadisələrin sayı da nəzərə alınmalıdır. Eyni zamanda, ailədaxili zorakılıq, cinayətkarlıq və digər sosial indikatorlar müqayisəli şəkildə təhlil oluna bilər. Bu zaman alkoqollu içkilərin yaratdığı sosial fəsadların hansı səviyyədə olduğunu daha obyektiv qiymətləndirmək mümkündür.

Meyarlar, şərtlər və amillər kifayət qədər çoxdur. Əgər sosial siyasət hədəflərinin müəyyənləşdirilməsindən və insanların sosial rifahından danışırıqsa, hansı regionda alkoqollu içkilərə daha çox pul xərcləndiyinə yalnız bir göstərici kimi yanaşmaq birtərəfli nəticəyə gətirib çıxara bilər.

Təbii ki, xərclərin arxasında həm sosial, həm iqtisadi, həm də müəyyən davranış amilləri dayana bilər. Lakin bunu konkret davranış nümunəsi və ya davranış modeli kimi qiymətləndirmək bir qədər çətindir. Digər tərəfdən, nisbətən yüksək xərclər digər sosial və sağlamlıq göstəriciləri ilə paralel müqayisə olunmalıdır. Müqayisə apardıqda həmin regionda profilaktik tədbirlərin həyata keçirilməsinə, maarifləndirmə işlərinin aparılmasına və sosial dəstək mexanizmlərinin gücləndirilməsinə ehtiyac olub-olmadığını daha düzgün müəyyənləşdirmək mümkündür”, – deyə Naib Niftəliyev fikrini tamamlayıb.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

Avqust 25, 2026
Cəmiyyət

Şəhid anası tələbə adını qazandı

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

Avqust 25, 2026
Cəmiyyət

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

Avqust 25, 2026
İqtisadiyyat

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Avqust 25, 2026
Cəmiyyət

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Avqust 25, 2026

XƏBƏR LENTİ

Ağdamda iş adamları həbs edildi

25 Avqust, 26 / 13:52

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

25 Avqust, 26 / 13:39

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

25 Avqust, 26 / 13:24

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

25 Avqust, 26 / 13:09

Türkiyə iqtisadiyyatından rekord nəticə: İyul ixracı zirvəyə yüksəldi

25 Avqust, 26 / 12:54

Şəhid anası tələbə adını qazandı

25 Avqust, 26 / 12:39

Bu şəhərdə 1 avroya evlər satılır - FOTOLAR

25 Avqust, 26 / 12:24

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar – Yeni ƏLİFBA

25 Avqust, 26 / 12:09

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

25 Avqust, 26 / 11:53

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

25 Avqust, 26 / 11:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.