Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqləndi Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır?

Azərbaycanda orta aylıq pensiya 594 manata çatdı

Cəmiyyət

Bu ilin ilk 5 ayında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çox vəsait yönəldilib.

Cagdas.az  xəbər verir ki, ümumilikdə pensiya ödənişlərinə 3 milyard 262 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illə müqayisədə 308 milyon manat çoxdur.

Məlumata əsasən, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

Qeyd olunub ki, 1 iyun 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği 594 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib.

Eyni zamanda yanvar-may aylarında 19 min, 2019-cu ildən isə ümumilikdə 197 min pensiya təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib.(milli.az)