Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda qalmaqallı deputatın mandatı ləğv olundu

Cəmiyyət

Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlunun mandatı ləğv edilib.

Cagdas.az “Nuhçıxan”a istinadən xəbər verir ki, onun barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr 2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Xatırladaq ki, bir neçə ay əvvəl Əli Abbasovun rayonunun Şəhriyar kənd sakinini döyməsi ilə bağlı xəbərlər yayılmışdı. Bildirilirdi ki, deputatın kənddə qeyri-etik hərəkətlər etməsi sonda qeyd edilən hadisənin yaşanmasına səbəb olub.