• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.5° Weather Columbus
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda sığorta olunanların uçotu ilə bağlı YENİ QAYDA

04 Avqust, 26 / 11:59
A A

Nazirlər Kabineti “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nı təsdiqləyib.

Bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:

– sığortalının adı;

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;

– sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;

– sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;

– sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;

– sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;

– artıq ödənilmiş sığorta haqqı;

– sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar;

– artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.

Bundan başqa, Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan “Sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nı, eləcə də “Sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nı təsdiq edib. Söhbət dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərdən gedir.

Həmçinin Azərbaycan hökuməti “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydası”nı təsdiqləyib. Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

– qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqları;

– sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən və son 24 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:

– beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;

– Azərbaycanda fəaliyyət göstərən sistem əhəmiyyətli banklar;

– qanunda nəzərdə tutulan digər mənbələr.

Bundan başqa, sığorta haqlarının 5 %-ədək hissəsi sığorta ehtiyatı fonduna yönəldiləcək. Sığorta vəsaiti Nazirliyin xüsusi xəzinə hesabında toplanılır və Fondun xüsusi bank hesabına köçürüləcək.

Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatı fondunda vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Gömrük qaydalarında dəyişiklik

Avqust 4, 2026
Cəmiyyət

Ucuz evlər satışa çıxarılır

Avqust 4, 2026
Cəmiyyət

İnhisarçılığa qarşı yeni mexanizm – Qaydalar təsdiqləndi

Avqust 4, 2026
Cəmiyyət

Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

Avqust 4, 2026
Cəmiyyət

Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

Avqust 4, 2026
Cəmiyyət

Pensiya alanlarla bağlı yeni xəbər

Avqust 4, 2026

XƏBƏR LENTİ

Gömrük qaydalarında dəyişiklik

04 Avqust, 26 / 12:55

Ucuz evlər satışa çıxarılır

04 Avqust, 26 / 12:41

Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq

04 Avqust, 26 / 12:27

İnhisarçılığa qarşı yeni mexanizm – Qaydalar təsdiqləndi

04 Avqust, 26 / 12:13

Azərbaycanda sığorta olunanların uçotu ilə bağlı YENİ QAYDA

04 Avqust, 26 / 11:59

Qızıl və gümüş bahalaşdı

04 Avqust, 26 / 11:46

Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

04 Avqust, 26 / 11:32

Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

04 Avqust, 26 / 11:19

Pensiya alanlarla bağlı yeni xəbər

04 Avqust, 26 / 11:06

Əli Əsədov yeni qərar imzaladı

04 Avqust, 26 / 10:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.