• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

19 Avqust, 26 / 10:00
A A

Son günlər Azərbaycanda ard-arda qeydə alınan kütləvi qida zəhərlənmələri narahatlıq doğurur. Bu dəfə Şəmkir rayonunun Keçili kəndində yerləşən “Narın Qala” restoranında zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlar salatdan zəhərləniblər.

Bundan əvvəl Samuxda halvadan zəhərlənmə, eləcə də Gəncədə ardıcıl analoji hallar qeydə alınmışdı. Yay mövsümündə havaların kəskin istiləşməsi fonunda bu cür hadisələrin sayının artması qida təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Çağdaş.Az-ın məlumatına görə, Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, qida zəhərlənmələrinin əsas səbəblərindən biri məhsulların qida zənciri boyunca düzgün saxlanılmaması və qida təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, bu hallar daha çox ictimai iaşə obyektlərində – restoranlarda, kafelərdə, toy və yas mərasimlərinin keçirildiyi məkanlarda, həmçinin ev şəraitində yol verilən yanlışlıqlar nəticəsində baş verir:

“Xüsusilə ət, toyuq, balıq, süd və süd məhsulları, yumurta, mayonez və bu məhsullardan hazırlanan yeməklər yüksək riskli qidalar hesab olunur. Bu məhsullar otaq temperaturunda uzun müddət saxlanıldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaranır və nəticədə qida zəhərlənməsi riski artır. Buna görə də həm soyuq, həm də isti qida zəncirinin qorunması vacibdir. Məhsullar qəbul edildiyi andan etibarən düzgün temperatur rejimində daşınmalı, saxlanılmalı, emal olunmalı, bişirilməli, soyudulmalı və istehlakçıya təqdim edilənədək qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir”.

Mütəxəssis bildirib ki, praktikada bu qaydalar tez-tez pozulur:

“Məsələn, salatlar əvvəlcədən hazırlanaraq saatlarla otaq temperaturunda saxlanılır. Halbuki onların tərkibində mayonez, yumurta, bişmiş kartof, toyuq və digər yüksək riskli məhsullar olur. İsti havada bu cür qidaların uzun müddət açıq şəraitdə qalması mikroorqanizmlərin sürətlə çoxalmasına və zəhərlənmələrə səbəb olur. Belə hallarda məsuliyyət ilk növbədə sahibkarların üzərinə düşür. Çünki bir çox müəssisələr xərclərə qənaət etmək məqsədilə peşəkar qida texnoloqları və qida təhlükəsizliyi üzrə mütəxəssisləri işə cəlb etmirlər. Halbuki müəssisələrdə HACCP prinsipləri tətbiq olunmalı, işçilər mütəmadi olaraq qida təhlükəsizliyi üzrə təlimlər keçməli və bu sahədə kifayət qədər bilik əldə etməlidirlər”.

Ağa Salamov əlavə edib ki, digər mühüm problem aşpazların peşə hazırlığı ilə bağlıdır:

“Bir çox hallarda işə qəbul zamanı yalnız sağlamlıq haqqında arayış tələb olunur. Lakin aşpazın peşə təhsili, diplomu və ya qida təhlükəsizliyi sahəsində sertifikatının olub-olmaması yoxlanılmır. Əsas meyar onun yeməyi dadlı hazırlaması hesab edilir. Halbuki peşəkar aşpaz yalnız dadlı yemək bişirməyi deyil, eyni zamanda qida təhlükəsizliyi qaydalarını dərindən bilməli və onlara ciddi əməl etməlidir. Məhz bu sahədəki boşluqlar qida zəhərlənmələrinin əsas səbəblərindən biridir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

Avqust 19, 2026
Cəmiyyət

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycanın ekoloji “saatlı bomba”sı: suyumuz hara gedir?

 

Avqust 19, 2026
Cəmiyyət

Bakıda 3 istiqamətdə tıxac var - SİYAHI

Avqust 19, 2026
Maraqlı

Bu bürcləri gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq

Avqust 19, 2026
Cəmiyyət

Aylıq iş qrafiki ömrü qısaldırmış

Avqust 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

19 Avqust, 26 / 11:26

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

19 Avqust, 26 / 11:12

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

19 Avqust, 26 / 10:57

İsrail müdafiə naziri: "Qəzzaya hücumları davam etdirəcəyik"

19 Avqust, 26 / 10:42

Fransada seçki bombası: Üç məşhur siyasətçiyə qarşı Rusiya əməliyyatı

19 Avqust, 26 / 10:28

Yutubda baxış qaydası dəyişir

19 Avqust, 26 / 10:14

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

19 Avqust, 26 / 10:00

SEPAH-dan İrəvanla gizli sövdələşmə

19 Avqust, 26 / 9:56

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

19 Avqust, 26 / 9:42

Rusiya Zaporojyeyə BOMBA YAĞDIRDI: Ölən və yaralananlar var - VİDEO

 

19 Avqust, 26 / 9:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.