Son dəqiqə
ABŞ-nin 81 hərbi təyyarəsi məhv edilib – Araqçi Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib
Reklam
Reklam

Azərbaycanın 3 rayonu ilə bağlı müsbət anons – DETALLAR AÇIQLANDI

İqtisadiyyat

“Bu il üçün qarşıya qoyulan əsas məqsədlərdən biri daha 30 min nəfərin öz doğma torpaqlarına geri dönüşünü təmin etməkdir”.

Çağdaş.Az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, hazırda adıçəkilən üç rayonda yaşayan əhalinin sayı 50 mini ötüb:

“Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri, eləcə də iki kənd üzrə tikinti işlərinin tamamlanması, həmçinin Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərində inşaatın yekunlaşması hesabına bu il əlavə 30 min sakinin qayıdışını təmin etmək mümkün olacaq”.

Emin Hüseynov qeyd edib ki, ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını geri qazanır:

“Artıq keçmiş məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və yaxın illərdə daha çox insanın geri dönməsi gözlənilir. Yeni yaşayış massivləri, məktəblər, səhiyyə müəssisələri və ictimai xidmətlər normal həyatın bərpası istiqamətində fəaliyyətə başlayır.

Eyni zamanda, yenidənqurma keçmişin zəifliklərini təkrarlamamalıdır. Biz daha yaxşı, daha ağıllı və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Məhz buna görə Azərbaycan yenidənqurma prosesinə müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur həllərini inteqrasiya edir”.

E.Hüseynov deyib ki, “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və dayanıqlı icmalar qurulur.