• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

19 Sentyabr, 26 / 10:53
A A
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News

BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqəti olaraq Bakıya köçürüb. Sonrakı dövrlərdə də Şamaxı mühüm inzibati və mədəni mərkəz kimi öz əhəmiyyətini qoruyub.

Şamaxı yenidən paytaxt ola bilər? Yaxud, bir neçə böyük qurumları bu şəhərə köçürmək mümkündür?

Çağdaş.Az bildirir ki,mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, bu məsələ ilə bağlı müxtəlif ixtisaslaşmış dövlət orqanları konkret şəkildə rəy bildirməsələr də, ayrı-ayrı qurumların və təhsil müəssisələrinin regionlara köçürülməsi kimi məsələlər daim müzakirə olunur:

“Bu baxımdan bir neçə şəhərin adı vaxtaşırı gündəmə gətirilir. Onların arasında Şamaxının da müəyyən üstünlükləri var. Məsələn, Şamaxının Bakıya yaxınlığı, paytaxt funksiyalarının həyata keçirilməsi üçün müəyyən imkanlarının olması, həmçinin relyefi və digər amillər nəzərə alına bilər. Bununla yanaşı, Yevlax, Xankəndi və Gəncə kimi şəhərlərin adları da bu istiqamətdə aparılan müzakirələr zamanı qeyd olunur. Hər bir şəhərin özünəməxsus və güclü tərəfləri var. Bu məsələyə siyasi aspektdən yanaşdıqda nəzərə almaq lazımdır ki, paytaxt istənilən dövlətin siyasi mərkəzi və əsas idarəetmə məkanıdır. Tarixi baxımdan bəli, Şamaxı Şirvanşahların paytaxtı olub, amma Azərbaycan ərazisində fəaliyyət göstərən müxtəlif dövlətlərin paytaxtları sırasında Bərdə və Qəbələ də olub. Bu baxımdan, tarixi və paytaxt prinsipi ilə yanaşdıqda, Azərbaycan ərazisindəki müxtəlif şəhərlərin bu məsələ üzrə müzakirəyə çıxarılması üçün müəyyən əsaslar var”.

Deputat bildirib ki, məsələnin siyasi aspektləri ilə yanaşı, iqtisadi, infrastruktur və digər tərəfləri də mövcuddur:

“Paytaxtın köçürülməsi, yeni paytaxtın salınması olduqca ağır və mürəkkəb prosesdir. Məsələn, Qazaxıstanın paytaxtı Astananın yaradılması zamanı ilkin mərhələdə bu məqsədlə təqribən 8 milyard ABŞ dolları həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutulurdusa, paytaxt tam istifadəyə verilən zaman bu məbləğ 16 milyard dolları keçdi. Sonrakı illərdə də şəhərin inkişafına daha çox vəsait yatırıldığını görürük. Müasir dövrün tələblərinə uyğun yeni paytaxtın qurulması üçün vaxt, maddi resurslar, iqtisadi imkanlar və digər sahələrin bu prosesə uyğunlaşdırılması tələb olunur. Bu isə kifayət qədər ağır və mürəkkəb prosesdir. Ona görə də məsələyə dair hər hansı yekun fikir söyləməzdən əvvəl çoxsaylı amillər və prosesin müxtəlif aspektləri nəzərdən keçirilməlidir. Bu, kifayət qədər dərin araşdırma tələb edən məsələdir”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Sentyabr 19, 2026
Cəmiyyət

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

Sentyabr 19, 2026
Cəmiyyət

Qohum nikahı qadağası ilə bağlı iddia — AÇIQLAMA

Sentyabr 19, 2026
Cəmiyyət

Azərbaycanda 2,5 milyon insan xəstələnib

Sentyabr 18, 2026
Cəmiyyət

Asiyanın ən varlı adamı oldu – TANIYIN

Sentyabr 18, 2026
Cəmiyyət

Azərbaycanda xərçəngə yoluxan qadınların sayı artır, kişilərin sayı azalır

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

Kredit faizləri, əmanətlər, dollar… – Əhalini maraqlandıran vacib PROQNOZ

19 Sentyabr, 26 / 11:37

Ev kirayələyənlərin çoxunun bilmədiyi təhlükə - XƏBƏRDARLIQ!

19 Sentyabr, 26 / 11:14
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

19 Sentyabr, 26 / 10:53

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

19 Sentyabr, 26 / 10:32

“Galaxy S26” almaq istəyənlərə PİS XƏBƏR

19 Sentyabr, 26 / 10:14

3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb

19 Sentyabr, 26 / 9:50

Bu bürclərə xoş sürpriz gəlir

19 Sentyabr, 26 / 9:33

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

19 Sentyabr, 26 / 9:16

Qohum nikahı qadağası ilə bağlı iddia — AÇIQLAMA

19 Sentyabr, 26 / 9:00

Sentyabrın ortalarında varlanmaq şansı olacaq BÜRCLƏR

18 Sentyabr, 26 / 23:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.