• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.6° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı: Türkiyə və Rusiya da dəstəkləyir

01 İyul, 26 / 10:52
A A

Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla sülhü dəstəklədiyini deyir, digər tərəfdən isə ordunun silahlanması davam etdirilir.

Üstəlik, Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ondan gözlənilən əsas addımı – Konstitusiyaya dəyişiklik edilməsini – həyata keçirməyə həvəsli görünmür. Bu isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas tələbin qarşılanmaması deməkdir.

Bakı belə bir vəziyyətdə hansı addımı atacaq? Gözləmə mövqeyini qoruyacaq, yoxsa siyasi-diplomatik kanallarla Paşinyana təsir göstərməyə çalışacaq?

Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Ermənistan son vaxtlar ciddi şəkildə silahlanır:

“Azərbaycan mətbuatında bunu zaman-zaman qeyd edəndə elə bir təəssürat yaranırdı ki, guya bu, ciddi məsələ deyil. Lakin mayın 28-də keçirilən hərbi paraddan sonra aydın şəkildə gördük ki, Ermənistan təkcə Hindistan və Fransadan deyil, eyni zamanda Çindən və digər ölkələrdən də ən müasir silah və hərbi texnologiyalar əldə edib. Paralel olaraq, yerli istehsal dronlara da malikdir. Rəsmi İrəvan bir sıra sursatların ölkə daxilində istehsalı ilə bağlı razılaşmalar əldə edib. Bu istiqamətdə xüsusilə Fransa və Hindistanla əməkdaşlıq edilir. Nikol Paşinyan nə qədər sülhdən danışsa da, müharibə variantını tamamilə gündəmdən çıxarmayıb.

Azərbaycanda bir çoxları düşünürdü ki, Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyan yenidən hakimiyyətə gəlsə, dərhal sülh müqaviləsi imzalanacaq. Lakin nəzərə almaq lazımdır ki, seçkilərin nəticəsindən asılı olmayaraq, hakim partiya istədiyi qərarı parlamentdən keçirə bilməyəcək. Bu, Konstitusiyaya dəyişiklik məsələsinə də aiddir. Paşinyan bu prosesi təxirə saldığı üçün sülh müqaviləsinin imzalanması da gecikir”.

Ekspert qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik təzyiqlər göstərməyə çalışacaq:

“Lakin rəsmi Bakı yaxşı anlayır ki, dünyada baş verən gərginliklər fonunda nə ABŞ, nə Rusiya, nə də digər böyük dövlətlər sülh müqaviləsinin imzalanmasına ciddi dəstək verəcəklər. Buna görə də Azərbaycan maksimum dərəcədə Ermənistanla münasibətləri sabit saxlamağa çalışır və hazırda daha çox gözləmə mövqeyindən çıxış edir. Çünki indiki mərhələdə atıla biləcək alternativ addımların imkanları məhduddur.

Bəziləri Azərbaycanın hərbi əməliyyatlara başlayacağını, yaxud dəhlizin açılması istiqamətində addımlar atacağını hesab edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, belə addımların ölkə üçün ciddi nəticələr doğurması da mümkündür. Burada söhbət mümkün sanksiyalardan və Qərbin atacağı addımlardan gedir. Avropa İttifaqının mülki missiyası hələ də Ermənistan ərazisində fəaliyyət göstərir. Eyni zamanda Fransanın bu ölkədə ciddi təsir imkanları var. ABŞ ilə hərbi təlimlərin keçirilməsi məsələsi də gündəmdədir. Faktiki olaraq, indiki mərhələdə tərəflər masada olan sülh variantı ilə yanaşı, hərbi ssenarini də tamamilə istisna etmirlər. Məhz buna görə həm Azərbaycan, həm də Ermənistan silahlanmanı davam etdirir.

Əsas məsələlərdən biri də odur ki, tərəflərin hazırkı mərhələdə hərbi hazırlığını davam etdirməsində bir neçə dövlət maraqlıdır. Bunlara Rusiya, İran, Türkiyə və ABŞ daxildir. Vaşinqton regionda vəziyyətin genişmiqyaslı kataklizmə çevrilməsinin qarşısını almağa çalışır. Rusiya isə Cənubi Qafqazdakı mövqelərini itirmək istəmir və ümumilikdə Ermənistanı öz təsir dairəsində saxlamaqda maraqlıdır. Cənubi Qafqazın gələcək taleyi isə böyük ölçüdə beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən asılıdır”.

 

Bənzər Xəbərlər

Manşet

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb

İyul 1, 2026
Siyasət

Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

İyun 30, 2026
Manşet

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

İyun 30, 2026
Siyasət

Qafqazda yeni oyun qurulur – ŞOK ssenari gündəmdə

İyun 30, 2026
Siyasət

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

İyun 30, 2026
Siyasət

Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

İyun 30, 2026

XƏBƏR LENTİ

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb

01 İyul, 26 / 12:02

Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?

01 İyul, 26 / 11:47

Tokayev xalqa müraciət etdi: Qazaxıstan tarixində yeni dövr başladı

 

01 İyul, 26 / 11:33

Bakı kəndlərini niyə qurbağalar basıb? – VİDEO

01 İyul, 26 / 11:20

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı: Türkiyə və Rusiya da dəstəkləyir

01 İyul, 26 / 10:52

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik

 

01 İyul, 26 / 10:38

Dünyanı sarsıdan olaylar: illər əvvəl deyilmişdi – Azərbaycan üçün də risk var

01 İyul, 26 / 10:24

İnvestisiya üçün torpaq yaxşıdır, yoxsa hazır ev?

01 İyul, 26 / 10:10

İsrail Qəzza və Qərb sahilində işğalı genişləndirir – yeni plan üzə çıxdı

01 İyul, 26 / 9:54

Trampın sərvətində kripto partlayışı: Bir ildə 1,4 milyard dollardan çox qazandı

01 İyul, 26 / 9:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.