Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakibaku saytına müsahibəsində deyib.
O bildirib ki, hazırda 7 kollektor və bir sıra əlaqəli infrastruktur layihələri üzrə işlər başlanıb, digər layihələr üzrə isə layihələndirmə və hazırlıq mərhələsi davam edir:
Bakı şəhəri və Abşeron yarımadasında Pirşağı hövzəsi, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan istiqaməti, Lökbatan, Müşfiqabad, Sahil, Böyükşor və Zığ–Hövsan istiqamətləri üzrə kollektor və tullantı sularının idarə olunması infrastrukturu ilə bağlı işlər mərhələli şəkildə həyata keçirilir”.
Z. Mikayılov deyib ki, Bakının 30 küçəsində nəzərdə tutulan yağış və tullantı su şəbəkələrinin qurulması da Dövlət Proqramının tərkib hissəsidir:
“Bu işlər vahid layihə deyil, müxtəlif ərazilər və infrastruktur elementləri üzrə mərhələli şəkildə həyata keçirilir. Ona görə də, nəticələr ayrı-ayrı küçə və ərazilərdə işlərin tamamlanma qrafikinə uyğun olaraq hiss olunacaq”.
“Məqsəd yalnız yeni kollektorların tikilməsi deyil, həmin kollektorları qidalandıracaq geniş şəbəkənin də yaradılmasıdır. Bu şəbəkə genişləndikcə tullantı və yağış sularının daha sistemli idarə olunması və subasma riskinin mərhələli şəkildə azaldılması mümkün olacaq”, – deyə qurum sədri əlavə edib.\ölkə.az\


