Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO

Cəmiyyət

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə sentyabrın 26-dan noyabrın 15-dək həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları olub.

Çağdaş.Az Rakus.az-a istinadən xəbər verir ki, tədbir Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının, Azərbaycan Minifutbol Federasiyasının (AMF)  və Azfar Groupunun dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə təşkil edilib.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Mətbuat Şurasının, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Qərbi Azərbaycanın Çəmbərək rayon və kənd İcma nümayəndələri, iştirakçı komandaların təmsilçiləri, hərbçilər, mətbuat və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA Sport, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum” və “Bee Tours”un tərəfdaşlığı ilə keçirilir.

Bu il xatirə turnirinin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – “AzTv-Qalaktikos”, “ATV, “Xəzər TV”, “CBC Sport”, “AnewZ”, AZƏRTAC, “APA Sport”, “BAKU.WS”, MEDİA, “Gəncəvi Media”, “Zəfər 44”, “Veteranlar”, “VƏTƏN”, “Ardanış”, “Əmrxeyir” və “Qaraqoyunlu”. Medianı 10 komanda təmsil edir.

Qeyd edək ki, ilk oyunda AZƏRTAC ilə AZTV komandaları qarşılaşırlar.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan açılış mərasimində əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov iştirakçılarını salamlayıb və bildirib ki, qəhrəman Azərbaycan xalqı 6 ildir Anım Gününü qeyd edir. Məhz bu gün ikinci Vətən müharibəsi başlayıb və möhtəşəm qələbə ilə nəticələnib. Bu tarix həm də Zəfərimizin təməl tarixidir. Təbii ki, qazanılan qələbədə şəhidlərimizin qəhrəmanlıqları heç zaman unudulmayıb və daim yaşayacaq. Məhz bu turnirin təşkili tarixi günləri qeyd etmək, mərd mübarizlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsinin yaşatmaq məqsədilə artıq 5 ildir bu Xatirə Turnirini təşkil edirik. Bu işə töhfə verən, əməyini, iştirakını əsirgəməyənlərə minnətdarlığımı bildirirəm. Çünki hamımız birlikdə Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş şəhidlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının, eləcə də öz peşəsini ləyaqətlə yerinə yetirərək şəhid olmuş jurnalistlərin qəhrəmanlıq nümunələrini yaşatmaq, yeni nəslin sağlam ruhda, vətənpərvər böyüməsinə töhfə vermək üçün hamımız birlikdə belə tədbirlər keçirərək, vətəndaşlıq borcumuzu yerinə yetiririk.

Ardanış kənd İcma sədri, professor Məhəmməd Kərimov ənənəvi xarakter daşıyan turnirin əhəmiyyətindən danışıb və deyib ki, Vətən yolunda canlarından keçən şəhidlərimizin igidliyi hər zaman təqdirəlayiq olub: “Bu sırada qələmləri ilə şəhidlik zirvəsinə ucalan jurnalistlərin xatirəsi hər zaman yad olunur. Göyçə mahalının Ardanış kəndinin yetirməsi olan Məhərrəm İbrahimov da erməni terrorunun qurbanı olan 9 media təmsilçilərimizdən biri idi. O, nümunəvi davranışları ilə hər zaman Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən hərbi jurnalist kimi tanınıb. Məhz şəhid jurnalistlərin xatirəsinə həsr olunan bugünkü turnir idman tədbiri olmaqla yanaşı, həm də vətənpərvərlik təbliğ edən, insanları bir-birinə yaxınlaşdıran mühüm təşkilatçılıq işidir. Hər birimiz bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıyıq. Mən icmamız adından yarışın bütün iştirakçılarına uğurlar arzulayıram”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, Binəqədi rayonu Məmmədəmin Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Yanıqpəyə kənd icma sədri Zaur Sərdarov, Qərbi Azərbaycan üzrə futbol çempionatının qalibi “Loru” komandasının rəhbəri Vüqar Hacıyev, tanınmış müəllim Sahib Əhmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, eləcə də veteran futbolçular Maşallah Əhmədov və Asif Əliyev belə tədbirlərin şəhidlərin adının əbədiləşdirilməsində, onların xatirəsinin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını bildiriblər: “Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən öz peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olan jurnalistlərin xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur. Turnirin təşkilində məqsəd həm şəhidlərimizi yad etmək, həm də idmanımızı təbliğ etməkdir. Yarışın sağlam rəqabət şəraitində keçməsini, güclü olanın qalib gəlməsini arzulayırıq.  Ənənəvi xarakter alan bu turnirin təşkili qürurvericidir. İgid Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin hər zaman təqdir etmək vacibdir. Bu turnir qəhrəman insanların unudulmaması, media təmsilçilərimizin timsalında şəhidlərin qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmlidir. 1-ci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və bizlər bütün qələbələrimizə görə məhz onlara borcluyuq. Şəhid jurnalistlərin xatirəsinə təşkil olunan bu turnirin iştirakçılarına xətasız, zədəsiz maraqlı oyun nümayiş etdirmək diləyirik”

Çıxış edənlər bir daha belə tədbirlərin əhəmiyyətindən danışaraq, müstəqil dövlətin ərazi bütövlüyü, torpaqları uğrunda canlarını qurban verən şəhidlərin şücaətini xatırladıb, onlara Allahdan rəhmət diləyib, təşkilatçılara təşəkkür edib, turnirin daha geniş miqyasda keçirilməsinin zəruriliyini vurğulayıblar.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub.

Topa rəmzi ilk toxunuşu təşkilatçı adından Əsgər İbrahimov edib.

xxx

Açılış mərasimindən sonra A qrupunda 2 qarşılaşma baş tutub.

Meydana ilk olaraq AzTv və AZƏRTAC komandaları çıxıb. Görüş televiziya təmsilçilərininin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

26 Sentyabr – I tur

A qrupu

17:00 AzTv – AZƏRTAC – 4:2

Qollar: Orxan İmanlı 2, Anar Əhmədov 1, Nurlan Budaqov 1 (AzTv)

Yusif Məlikzadə 2 (AZƏRTAC)

SARI KART: Nəriman Rizvanov (AzTv)

Günün 2-ci qarşılaşmasında Veteranlar ilə Əmirxeyir üz-üzə gəlib. Oyun 5:1 hesabı ilə veteranların qələbəsi ilə başa çatıb.

180:00 Veteranlar-Əmirxeyir – 4:2

Qollar: Müsayir Məmmədov 2, Elçin Mustafayev 1, Ramiz Hüseynov 1 (Veteranlar)

Ümman Ağamalıyev 1, Elnur Ağamalıyev 1 (Əmirxeyir)

SARI KART: Şükür Məmmədalıyev (Veteranlar)

Oyunları AFFA-nın hakimləri Elgün Hüseynov və Mahir Məmmədov idarə ediblər.

xxx

Sentyabrın 27-də – bazar günü B qrupu üzrə 2 qarşılaşma baş tutub. Sahəyə ilk olaraq ATV ilə APA komandaları çıxıb. Hesab 10:4 birincilərin xeyrinə başa çatıb.

27 Sentyabr – I tur

B qrupu

17:00 ATV-APA – 10:4

Qollar: Famil Hüseynov 4, Rauf Akifoğlu 3, Niyazi Səlimbəyli 2, Azər Nağıyev 1 – (ATV)

Rasim Sultanzadə 2, İsmayıl Xeyrullayev 1, Ulucay Məmmədov 1 (APA)

xxx

Sonra MEDİA ilə Qaraqoyunlu qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 2:7 hesablı nəticə qeydə alınıb.

17:00 MEDİA-Qaraqoyunlu – 2:7

Qollar: Əhməd Mhmudov 2 (MEDİA)

Firuz Zeynalov 3, Şəhriyar Hacıyev 1, Orxan Əsgərov 1, Niyaz Abdullayev 1, Əli Mamoyev 1 (Qaraqoyunlu)

SARI KART: Cavidan Şükürov (MEDİA), Orxan Əsgərov (Qaraqoyunlu)

Oyunları AFFA-nın hakimləri Hidayət Feyzullayev və İmran Məhərrəmov idarə ediblər.

xxx

 

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC

18:00 — Veteranlar – Əmirxeyir

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA

18:00 — MEDİA – Qaraqoyunlu

 

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – BakuWS

18:00 — Zəfər-44 – Ardanış

4 Oktyabr, Bazar

17:00 — CBC Sport – AnewZ

18:00 — Gəncəvi Media – VƏTƏN

 

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV – Veteranlar

18:00 — AZƏRTAC – Əmirxeyir

11 Oktyabr, Bazar

17:00 — ATV –  MEDİA

18:00 — APA –  Qaraqoyunlu

 

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44

18:00 — BakuWS –  Ardanış

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media

18:00 — AnewZ –  VƏTƏN

 

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir

18:00 — AZƏRTAC – Veteranlar

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu

18:00 — APA –  MEDİA

 

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış

18:00 — BakuWS – Zəfər-44

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN

18:00 — AnewZ – Gəncəvi Media

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr – 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00