Çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinə məhdudiyyətlərin tətbiqi yeni tikililərdə mənzil qiymətlərinə müəyyən təsir göstərə bilər. Yeni qərara əsasən çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız azmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulan mənzillərdə icazə verilir.
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, bu qərarın nəticəsində kvadratmetr üzrə təxminən 30 manatdan 120 manata qədər bahalaşma mümkündür.
“Məbləğ binanın mərtəbə sayı, layihə tipi, istifadə olunacaq istilik sistemi və tikinti şirkətinin xərc siyasətindən asılı olacaq. Ən aşağı artım ekonom seqment binalarda müşahidə oluna bilər və burada əlavə xərcin 30-50 manat civarında olması gözlənilir. Orta seqment yaşayış komplekslərində bu rəqəm 50-80 manat, premium layihələrdə isə 80-120 manata və daha yuxarı səviyyəyə çata bilər”.
Ekspert qeyd edib ki, bahalaşmanın əsas səbəbi mərkəzi istilik sistemi üçün əlavə avadanlıq və infrastrukturun qurulmasıdır.(milli.az)
















