Cagdas.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yasamal rayonunda Hüseyn Cavid prospektinin bir hissəsində və Bəxtiyar Vahabzadə küçəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Suraxanı qəsəbəsində 14 İyul küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.(metbuat.az)
















