• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.1° Weather Columbus
$
1.7
€
1.9387
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər

13 İyul, 26 / 19:19
A A

Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnalar artırılır

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişikliklə yoxlamaların dayandırılması ilə bağlı istisnaların siyahısı genişləndirilir. Dəyişikliyə əsasən, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətlə yanaşı, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da qanunun tətbiq dairəsinə daxil ediləcək.

Digər dəyişiklik “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif olunur. Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı yenilənir.

Belə ki, layihələndirilməsi nəzərdə tutulan heyvandarlıq müəssisələri üzrə hədd müəyyən edilir. Təsərrüfatda mövcud bütün heyvanlar nəzərə alınmaqla layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.

Eyni zamanda, quşçuluq müəssisələri üçün də yeni meyar müəyyənləşdirilir. Layihə üzrə quş saxlama tutumu 40 min baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda bu fəaliyyət ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb ediləcək.

Dəyişikliklə balıqçılıq, o cümlədən akvakultura təsərrüfatları da ilk dəfə siyahıya daxil edilir. İllik əldə olunan balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda layihələrə ətraf mühitə təsirin qiymətləndirilməsi tətbiq olunacaq.

Bundan başqa, aqroparklar üçün də yeni tələb müəyyən edilir. Aqroparklarda heyvandarlıq, quşçuluq və ya balıqçılıq fəaliyyətlərindən hər hansı biri üzrə müəyyən edilən hədlərə bərabər və ya ondan çox göstərici olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.

Təklif olunan dəyişikliklərə əsasən, qanunun qüvvədə olan redaksiyasında ayrıca göstərilən irimiqyaslı kənd təsərrüfatı (aqroparklar) və balıqçılıq təsərrüfatı layihələri ilə bağlı müddəanın ləğvi də nəzərdə tutulur. Bu fəaliyyətlər yeni təsnifat çərçivəsində tənzimlənəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

İyul 13, 2026
Cəmiyyət

Həssas insanlar üçün təhlükəli günlər

İyul 13, 2026
Cəmiyyət

250-yə yaxın yeni ixtisas yaradılıb – Nazirlik

İyul 13, 2026
Cəmiyyət

Azərbaycanda dövlət qurumu ləğv edildi

İyul 13, 2026
Cəmiyyət

İcbari tibbi sığorta fondu qanunda daha dəqiq müəyyənləşdirilməlidir – deputat

İyul 13, 2026
Cəmiyyət

Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq

İyul 13, 2026

XƏBƏR LENTİ

Təhlükəli viruslar yayılır: Bu ölkələr risk zonasındadır

13 İyul, 26 / 20:54

İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış – ŞOK DETALLAR

13 İyul, 26 / 20:41

Bu bürclərin həyatı TAM DƏYİŞİR – Çox az qaldı

13 İyul, 26 / 20:40

Emreli İsrail klubunun təklifini rədd etdi

13 İyul, 26 / 20:27

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

13 İyul, 26 / 20:13

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

13 İyul, 26 / 19:59

Həssas insanlar üçün təhlükəli günlər

13 İyul, 26 / 19:45

250-yə yaxın yeni ixtisas yaradılıb – Nazirlik

13 İyul, 26 / 19:31

Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər

13 İyul, 26 / 19:19

Azərbaycanda dövlət qurumu ləğv edildi

13 İyul, 26 / 19:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.