Son dəqiqə
Korrupsiyanı xəbər verdiyinə görə zərər çəkənlərə 20 min manatadək müavinət veriləcək Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi Rubinyan: Azərbaycan hərbçinin itkin düşməsi barədə Ermənistana məlumat vermişdi Yeni qanun nəyi dəyişəcək? – 8 VACİB MƏQAM Sosial müavinətlə bağlı yeni xəbər – 179 min nəfər… “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb Prezidentin Mətbuat Xidməti açıqlama yayıb Küçəni özününküləşdirənlər: Stul, vedrə, zəncirlə “parking” tutanları hansı CƏZA gözləyir? YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar AVTOBUSLARIN PULUNU DÖVLƏT ÖDƏYƏCƏK… – Sərnişindaşımada yeni mərhələ başlayır
Reklam
Reklam

Bank kartı olanların diqqətinə: yenilik olacaq – TARİX

İqtisadiyyat

Azərbaycanda bank kartlarından istifadə hər il artır, bununla yanaşı kiberdələduzluq və məlumat sızması riskləri də gündəmdə qalır. Bu fonda Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün beynəlxalq PCI DSS təhlükəsizlik standartının tətbiqini məcburi etməyi planlaşdırır. Yeni qaydalar kart məlumatlarının qorunmasını gücləndirməyə və maliyyə sektorunda etibarlılığı artırmağa hesablanıb.

AMB-nin PCI DSS standartını bütün banklar üçün məcburi etməsi vətəndaşların kart məlumatlarının təhlükəsizliyinə və dələduzluq hallarının azalmasına real təsir göstərə bilərmi? Bu yenilik müştərilərin gündəlik maliyyə əməliyyatlarında dəyişikliklərə səbəb olacaq?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, ölkəmizdə kart əməliyyatları ilə bağlı baş verən dələduzluq halları kibertəhlükəsizlik problemlərindən qaynaqlanmır:

“Əsasən vətəndaşların maliyyə savadlılığının yetərli səviyyədə olmaması ilə əlaqədardır. Təəssüf ki, bu növ dələduzluq hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri hələ də kifayət qədər deyil. Bir çox hallarda vətəndaşlar kart nömrələrini, CVV kodlarını və digər məxfi məlumatlarını üçüncü şəxslərlə paylaşır, naməlum sayt və keçidlərə daxil olurlar. Nəticədə dələduzluq riskləri artır və vəsaitlərin ələ keçirilməsi halları baş verir”.

İqtisadçı bildirib ki, AMB-nin PCI DSS standartının tətbiqi kart əməliyyatlarının təhlükəsizliyinin artırılmasına xidmət edir:

“Lakin bu, sistemin tam təhlükəsiz olacağı anlamına gəlmir. Kart məlumatlarının qorunması məsələsində vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. İstifadəçilər şəxsi və maliyyə məlumatlarını məxfi saxlamalı, şübhəli keçidlərdən və etibarsız internet resurslarından uzaq durmalıdırlar”.