• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

BANK KARTLARI İLƏ BAĞLI TƏCİLİ XƏBƏR: Oktyabrın 1-dən etibarən...

25 Sentyabr, 26 / 21:45
A A

Azərbaycanda ödəniş kartlarının sayına risk əsaslı yanaşma çərçivəsində baza limitlərinin tətbiqi bank sistemində risklərin idarə olunması məqsədi daşıyır. Yeni yanaşmaya əsasən, müəyyən kart məhsulları üzrə müştərilərin eyni valyutada əldə edə biləcəyi kartların sayına limit qoyulur. Bununla belə, əsaslandırılmış ehtiyac olduğu halda həmin limitlərin artırılması mümkündür.

Çağdaş.Az-ın xəbərinə görə, Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ödəniş kartlarının sayına risk əsaslı yanaşma ilə baza limitlərinin qoyulmasını iqtisadi və maliyyə baxımından daha çox risklərin idarə edilməsi mexanizmi kimi qiymətləndirmək olar.

Onun sözlərinə görə, hazırkı yanaşmaya əsasən, əməkhaqqı, pensiya və sosial ödəniş kartları, sahibkarlıq hesabına və depozitə bağlı kartlar istisna olmaqla, hər bir bankın təqdim etdiyi konkret kart məhsulu üzrə milli valyutada bir, hər bir xarici valyuta üzrə isə bir kart nəzərdə tutulur. Ekspert qeyd edib ki, bunlar qəti qadağa deyil, risk əsaslı yanaşma çərçivəsində tətbiq olunan baza limitləridir.

“Bu mexanizmin əsas iqtisadi məntiqi çoxsaylı kart və hesabların yalnız texniki baxımdan deyil, onların arxasında duran əməliyyatların xarakteri baxımından qiymətləndirilməsidir. Burada əsas risklər qeyri-qanuni maliyyə əməliyyatları, şübhəli pul dövriyyəsi, hesab və kartlardan üçüncü şəxslərin istifadəsi, maliyyə vəsaitlərinin mənşəyinin izlənməsinin çətinləşməsi kimi məsələlərlə bağlıdır. Mərkəzi Bankın risk əsaslı nəzarət yanaşması da bankların risk profilinə uyğun nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur”, – deyə A.Nəsirli bildirib.

Ekspertin fikrincə, burada əsas məsələ real ehtiyacı olan müştərilərlə riskli davranış nümayiş etdirən müştərilərin düzgün fərqləndirilməsidir. Onun sözlərinə görə, bir vətəndaşın eyni valyutada bir neçə karta ehtiyacı ola bilər. Belə kartlardan gündəlik xərclər, onlayn alış-veriş, ailə üzvünün istifadəsi və ya konkret xidmətlər üçün istifadə edilə bilər. Bu halda yalnız kartların sayına görə avtomatik məhdudiyyət tətbiq olunması müştəri üçün əlavə inzibati çətinlik yarada bilər.

A.Nəsirli vurğulayıb ki, bu səbəbdən limitlərin artırılması mexanizminin sadə və şəffaf olması vacibdir. ABA-nın açıqlamasına görə, müştəri kartdan istifadə məqsədini əsaslandıra, əməliyyatlarının bankda onun haqqında olan məlumatlarla uyğunluğunu göstərə və hesabın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə dair əsaslar yarada bildikdə bank konkret müştəri üzrə limitləri artıra bilər.

“Məncə, burada ən mühüm məsələ bankların bu səlahiyyəti necə tətbiq etməsidir. Əgər əlavə kart almaq üçün müştəridən çoxsaylı sənədlər, uzun prosedurlar və hər dəfə filial müraciəti tələb olunarsa, mexanizm vətəndaş üçün narahatlığa çevrilə bilər. Əksinə, müştərinin gəlir mənbəyi, əvvəlki əməliyyat tarixçəsi və kartdan istifadə məqsədi bankın sistemində artıq görünürsə, limitin artırılması mümkün qədər avtomatlaşdırılmış şəkildə həyata keçirilə bilər”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, bank sistemi baxımından bu mexanizm şübhəli əməliyyatların müəyyənləşdirilməsini və müştəri risklərinin daha dəqiq idarə edilməsini gücləndirə bilər. Eyni zamanda, bankların kart məhsullarını və müştəri davranışlarını daha detallı izləməsi tələb olunacaq.

Ekspert bildirib ki, müştərilər üçün əsas nəticə çoxsaylı kart saxlamağın əvvəlki kimi tam sərbəst olmaması, lakin real və əsaslandırılmış ehtiyac olduqda əlavə kart əldə etmək imkanının saxlanılmasıdır.

“Ona görə də bu mexanizmin uğuru limitin özündən daha çox istisnaların necə tətbiq edilməsindən, bankların qərarlarının şəffaflığından və real ehtiyacı olan müştərilərin əlavə maneələrlə üzləşməməsindən asılı olacaq. Bu balans qorunarsa, risklərin azaldılması ilə maliyyə xidmətlərinə əlçatanlıq arasında ziddiyyətin yaranmasının qarşısını almaq mümkündür”, – A.Nəsirli qeyd edib.

Gülnaz Abdullazadə

 

Bənzər Xəbərlər

İqtisadiyyat

Neftimiz dünya bazarında kəskin bahalaşdı

Sentyabr 25, 2026
İqtisadiyyat

Valyuta məzənnələrində diqqət çəkən dəyişiklik

Sentyabr 25, 2026
İqtisadiyyat

Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır

Sentyabr 24, 2026
İqtisadiyyat

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata…

Sentyabr 24, 2026
İqtisadiyyat

ABŞ-dan tarixi qərar – Dollar, qızıl və manat üçün həyəcanlı dövr BAŞLAYIR

Sentyabr 24, 2026
İqtisadiyyat

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

Qazaxıstanlı dizayner: “Bakıda ortaq brend açmaq istəyirəm”

25 Sentyabr, 26 / 22:03

Azərbaycanın ev sahibliyi ilə TDT XİN başçılarının mühüm toplantısı keçirildi

25 Sentyabr, 26 / 22:00

PA-nın oktyabr ayı üzrə vətəndaş qəbulu cədvəli

25 Sentyabr, 26 / 21:49

BANK KARTLARI İLƏ BAĞLI TƏCİLİ XƏBƏR: Oktyabrın 1-dən etibarən...

25 Sentyabr, 26 / 21:45

II Ramzesin 34 əsrlik sirri Türkiyədə AÇILDI

25 Sentyabr, 26 / 21:42

Uşaq böyüdən tək anaların NƏZƏRİNƏ: Sizə verilməyən hüquqlar atalara verilir!

25 Sentyabr, 26 / 21:40

Bu ərazidə yaşayanlara ŞAD XƏBƏR

25 Sentyabr, 26 / 21:36

ABŞ və Çinin 1-ci xanımları Ağ Evdə “moda dueli”nə çıxdılar – FOTOLAR

25 Sentyabr, 26 / 21:32

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr, 26 / 21:16

Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı

25 Sentyabr, 26 / 19:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.