Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Baş nazir: Xəzərdən keçən nəqliyyat arteriyaları regionda ticarət üçün yeni perspektivlər açır

İqtisadiyyat

Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır.

“Cagdas.az”ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30 illiyinə həsr edilən “Beynəlxalq sülh və təhlükəsizlik” forumunda çıxışı zamanı deyib.

“Şübhəsiz ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir. Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır”, – o deyib./Report/