• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
5.1° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Baş nazirdən DİN əməkdaşları ilə bağlı QƏRAR

19 Dekabr, 25 / 20:44
A A

Polis əməkdaslarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib.

 Cagdas.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi DİN və Maliyyə Nazirliyi tərəfindən təmin olunacaq.

Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) DİN-in xüsusi xəzinə hesabına köçürülməsini təmin edəcək.

Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənəcək:

– polis əməkdaşlarının mükafatlandırılmasına;

– polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;

– polis əməkdaşlarına maddi yardım göstərilməsinə.

Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənəcək:

– malların (işlərin və xidmətlərin) alınmasına;

– inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

– beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

– maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

Verilən mükafat, maddi yardım və əlavələrin məbləğini Azərbaycanın daxili işlər naziri müəyyən edəcək.

Aylıq vəzifə maaşına əlavə və mükafat əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün hesablanmır.(oxu24.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Bu avtomobillərə işıq və səs siqnalları taxılacaq – YENİLİK

May 1, 2026
Cəmiyyət

Sabah hava necə olacaq?

May 1, 2026
Cəmiyyət

Azərbaycanda maaşla bağlı yeni qayda

May 1, 2026
Cəmiyyət

Milli Məclis 3 sənədi ratifikasiya etdi

May 1, 2026
Cəmiyyət

Xaricdə evlənib qayıdanların nəzərinə: Aliment ödəyəcəksiniz!

May 1, 2026
Cəmiyyət

Milli Məclis Avropa Parlamentinin qərəzini müzakirə edir – YENİLƏNİB

May 1, 2026

XƏBƏR LENTİ

Bu avtomobillərə işıq və səs siqnalları taxılacaq – YENİLİK

01 May, 26 / 14:37

Sabah hava necə olacaq?

01 May, 26 / 14:23

Azərbaycanda maaşla bağlı yeni qayda

01 May, 26 / 14:08

Milli Məclis 3 sənədi ratifikasiya etdi

01 May, 26 / 13:53

Xaricdə evlənib qayıdanların nəzərinə: Aliment ödəyəcəksiniz!

01 May, 26 / 13:38

Milli Məclis Avropa Parlamentinin qərəzini müzakirə edir – YENİLƏNİB

01 May, 26 / 13:24

Beş gün ardıcılİŞ OLMAYACAQ– TƏQVİM

01 May, 26 / 13:11

Azərbaycan Avropa İttifaqına NOTA VERDİ

01 May, 26 / 12:57

Azərbaycanda yeni virus yayılıb? – Nazirlikdən AÇIQLAMA

01 May, 26 / 12:46

Parlamentin plenar iclası keçirilir

01 May, 26 / 12:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.