• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.6° Weather Columbus
$
1.7
€
1.9712
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI

03 Sentyabr, 26 / 10:08
A A

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin bərpası məsələləri də müzakirə olunub. “Yaxın günlərdə erməni məhsullarının Azərbaycana ilk tədarükü barədə məlumat veriləcək”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Mirzoyan: İrəvan Bakı ilə ticarət yollarının açılmasını həll etmək istəyir

Nazir qeyd edib ki, indiyədək ticarət əsasən birtərəfli olub və Azərbaycan Ermənistana neft məhsulları tədarük edib. “Yaxın günlərdə azərbaycanlı şirkətlərin erməni şirkətlərindən məhsul aldığını öyrənəcəksiniz. Ermənistan Azərbaycana məhsul satacaq. Bununla da artıq ikitərəfli ticarət yaranacaq”, – deyə Mirzoyan bildirib.

Deputat Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb. “Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Söhbət idxal-ixrac əməliyyatlarından gedir”, – deyə deputat vurğulayıb.

Azərbaycana hansı erməni mal və məhsulları idxal oluna bilər? Məsələn, erməni əriyi, qəhvəsi, konyakı, tikinti materialları gətirilə bilərmi? Azərbaycanlılar erməni mallarını ilk vaxtlarda alacaqmı?

Çağdaş.Az-ın əldə etdiyi məlumata görə, iqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda hansı məhsulların idxal olunacağına əsas qərarı sahibkarlar verəcək.
Onun sözlərinə görə, burada söhbət dövlətlərarası birbaşa alqı-satqıdan deyil, əsasən, sahibkarların kommersiya maraqlarından gedir: “Biz nə ala bilərik” sualına cavab verərkən ilk növbədə nəzərə almaq lazımdır ki, bütün məhsullar üzrə qərarı dövlət vermir. Məsələn, neft, neft məhsulları və benzin kimi strateji əhəmiyyət daşıyan məhsullarda vəziyyət fərqlidir. Bu sahələrdə dövlətlərin qərarverici rolu daha böyükdür. Çünki bir tərəfdə dövlət şirkəti, digər tərəfdə isə iri və dövlətlə əlaqəli müəssisələr dayanır. Neft-qaz və enerji sənayesində dövlətin ya birbaşa iştirakı, ya da çox ciddi və yaxından tənzimləməsi mövcuddur”.

Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  əsasən qurulmalıdır

Amma digər məhsullara gəldikdə, iqtisadçı bildirib ki, proses tamamilə başqa prinsiplə işləyir: “Burada əsas qərarı sahibkar verir. Sahibkar özü hesablayır ki, hansı məhsulu haradan almaq daha sərfəlidir, həmin məhsulun alış qiyməti nə qədərdir, daşınmasına nə qədər xərc çıxacaq, gömrük və digər xərclər nə qədər olacaq, məhsulu Azərbaycan bazarında hansı qiymətə sata biləcək və nəticədə mənfəət əldə edib-etməyəcək. Yəni sahibkar qarşısında konkret olaraq belə bir sual dayanır: bu məhsulu Ermənistandan gətirmək daha sərfəlidir, yoxsa eyni məhsulu İrandan, Türkiyədən və ya Rusiyadan almaq? Əgər Ermənistan variantı sahibkar üçün daha sərfəli olarsa və bazarda həmin məhsula tələbat varsa, o zaman məhsulun Ermənistandan gətirilməsi üçün maraq yaranacaq. Əks halda, sırf iki ölkə arasında ticarət əlaqələrinin bərpa olunması faktına görə sahibkarın həmin məhsulu gətirməsi məntiqli deyil”.

İqtisadçıya görə, ilkin mərhələdə Ermənistandan Azərbaycana geniş şəkildə yeyinti məhsullarının gələcəyini gözlənilmir: “Burada həm siyasi və ictimai faktorları, həm də bazarın real vəziyyətini nəzərə almaq lazımdır. Xüsusilə sülh müqaviləsinin hələ imzalanmaması və cəmiyyətdə Ermənistan istehsalı olan məhsullara qarşı mövcud antipatiya ilk mərhələdə müəyyən rol oynayacaq. Ona görə də ilk fazada Ermənistandan Azərbaycana ərik, digər meyvə-tərəvəz və ümumilikdə ərzaq məhsullarının böyük həcmdə göndərilməsi ehtimalını aşağı qiymətləndirirəm. Məsələn, Ermənistanın hansısa kənd təsərrüfatı məhsulu Azərbaycan bazarına daxil olsa belə, sahibkar əvvəlcə bunun alıcı tərəfindən necə qarşılanacağını, məhsula tələbatın olub-olmayacağını və satışın mümkünlüyünü hesablayacaq. İlkin mərhələdə daha çox sənayedə istifadə olunan xammal və materialların, mis və kimya sənayesi məhsullarının Ermənistandan Azərbaycana gətirilməsini gözləyirəm. Çünki bu cür məhsullarda istehlakçının emosional münasibətinin təsiri nisbətən az ola bilər. Söhbət sənayedə istifadə olunan xammaldan və istehsal prosesində lazım olan materiallardan gedirsə, burada əsas məsələ məhsulun keyfiyyəti, qiyməti, logistika xərcləri və digər iqtisadi göstəricilərdir”.

Sülhün “ticarət yolu”

Xalid Kərimli qeyd edib ki, bu mərhələdə artıq meyvə-tərəvəz, müxtəlif ərzaq məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, mineral sular, eləcə də spirtli içkilərin – o cümlədən Ermənistanın konyak və şərablarının – Azərbaycan bazarına çıxarılması mümkün ola bilər: “Məsələn, erməni əriyi, konyakı, şərabı və ya digər məhsullarının Azərbaycana gətirilməsi hüquqi baxımdan mümkün olsa belə, bu avtomatik olaraq həmin məhsulların Azərbaycan bazarında uğur qazanacağı anlamına gəlmir. Burada əsas məsələ yenə də bazarın reaksiyası olacaq. Sahibkar məhsulu gətirəcək, satışa çıxaracaq və alıcının münasibətini görəcək. Sahibkar qərar verərkən bütün riskləri nəzərə alacaq. Buraya məhsulun alış qiyməti, logistika və yol xərcləri, gömrük və digər ödənişlər, bazardakı rəqabət, məhsulun keyfiyyəti, alıcının münasibəti və satış imkanları daxildir. Əgər bütün bu amillərin hesablanmasından sonra Ermənistan məhsulunun idxalı sərfəli görünürsə, sahibkar bu istiqamətdə addım ata bilər”.

Afaq Mirayiq

Bənzər Xəbərlər

İqtisadiyyat

Qızıl bazarında şok artım – yeni rekord

Sentyabr 3, 2026
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır

Sentyabr 3, 2026
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri - 03.09.2026

Sentyabr 3, 2026
İqtisadiyyat

Neftin qiyməti 95 dolları keçdi

Sentyabr 2, 2026
İqtisadiyyat

Qızıl ucuzlaşıb

Sentyabr 2, 2026
İqtisadiyyat

Qərb regionunun biznes imkanları REGİONAL EXPO GƏNCƏ 2026-da

Sentyabr 1, 2026

XƏBƏR LENTİ

Bakının iki qəsəbəsində qaz olmayacaq

03 Sentyabr, 26 / 11:18

Deputatlar Özbəkistana gedirlər

03 Sentyabr, 26 / 11:05

Qızıl bazarında şok artım – yeni rekord

03 Sentyabr, 26 / 10:51

Bəzi avtobuslarda məsafəyə görə ödəniş tətbiq olunur – YENİLİK

03 Sentyabr, 26 / 10:37

Birinci sinfə elektron sənəd qəbulunun son günüdür

 

03 Sentyabr, 26 / 10:23

Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI

03 Sentyabr, 26 / 10:08

ABŞ-İran münaqişəsi 2027-ci ilə keçəcək - WSJ

03 Sentyabr, 26 / 9:54

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır

03 Sentyabr, 26 / 9:40

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

03 Sentyabr, 26 / 9:27

Bu yollarda nəqliyyatın sıxlığı müşahidə olunur

03 Sentyabr, 26 / 9:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.