Beşiktaş prezidenti Serdal Adalı Misirin ulduz futbolçusu Məhəmməd Salahın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Çağdaş.Az-ın xəbərinə görə, transfer gündəmi ilə bağlı danışan Adalı bildirib ki, hazırda mətbuatda yayılan bəzi xəbərlər reallıqdan uzaqdır.
“31 yaşlı Trossard üçün belə “Arsenal” növbəti satışdan pay tələb edir. Biz belə bir futbolçunu heyətimizə cəlb etmək istəyirik. Trossardın da bu, son müqaviləsi olmayacaq. Hazırda Dikilitaş layihəsinə görə Trossard müzakirə olunur. Bu doğru deyil, amma birdən Salah haqqında şayiələr ortaya çıxır. Bunun səbəbi odur ki, daim transferlə bağlı xəbərlərin mənbəyi kimi göstərilirik”, – deyə Serdal Adalı bildirib.
Qeyd edək ki, 34 yaşlı Məhəmməd Salah ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxaraq 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Beşiktaş rəhbərliyi Salahın transferi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu rəsmən təsdiqləyib.
















