• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.6° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ

10 İyul, 26 / 13:26
A A

İnternet informasiya ehtiyatlarına müvəqqəti girişin məhdudlaşdırılacağı halların siyahısı genişləndirilir.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanunvericiliyə əsasən, narkotik vasitələr və psixotrop maddələrin hazırlanması və istifadəsi, pornoqrafiya və uşaq pornoqrafiyası, ictimai mənəviyyata zidd məzmun, qanunsuz qumar və mərc oyunlarının təşviqi, intiharın təbliği, yaş kateqoriyasına uyğun işarələnməmiş audiovizual məhsullar, təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, eləcə də insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və infrastruktur obyektlərinə təhlükə yaradan yalan məlumatların internetdə yerləşdirilməsi qadağandır.

Layihəyə əsasən, bu cür məlumatların internet informasiya ehtiyatında yerləşdirilməsi müəyyən edildikdə, həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bununla yanaşı, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, virtual formada, o cümlədən internet, mobil rabitə, sosial şəbəkə platformaları, müxtəlif tətbiqlər və digər elektron rabitə vasitələrindən istifadə edilməklə törədilən qanunsuz əməllərə görə məsuliyyət də sərtləşdirilir.

Belə hallarda təqsirli şəxs cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək cərimə olunmaqla iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Ağırlaşdırıcı hallarda isə üç ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə, daha ağır hallarda isə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Layihə ilə həmçinin Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvi və bununla bağlı Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Elektron resept təklif olunur – Yeni qayda

İyul 10, 2026
Cəmiyyət

Kəlbəcərdə mina partlayıb

İyul 10, 2026
Cəmiyyət

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

İyul 10, 2026
Cəmiyyət

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

İyul 10, 2026
Cəmiyyət

Bakı-Ələt yolunda yeni avtomobil körpüləri tikilir – VİDEO

İyul 10, 2026
Cəmiyyət

Bakıda yeni səfirlik binası tikiləcək

İyul 10, 2026

XƏBƏR LENTİ

Elektron resept təklif olunur – Yeni qayda

10 İyul, 26 / 19:52

Kəlbəcərdə mina partlayıb

10 İyul, 26 / 19:38

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

10 İyul, 26 / 19:23

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

10 İyul, 26 / 19:11

Bakı-Ələt yolunda yeni avtomobil körpüləri tikilir – VİDEO

10 İyul, 26 / 18:48

Bakıda yeni səfirlik binası tikiləcək

10 İyul, 26 / 18:37

“Özümüzü toxumluq buğda ilə təmin edə bilmirik” – Millət vəkili

10 İyul, 26 / 18:22

Alma, qarpız, pomidor, kartof niyə əvvəlki dadını vermir? – DEPUTAT

10 İyul, 26 / 18:07

Milli Məclisin növbəti iclasının tarixi açıqlandı

10 İyul, 26 / 17:58

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10 İyul, 26 / 17:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.