Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Bina evində qalanların nəzərinə: Yenilik olacaq

Cəmiyyət
Azərbaycanda bütün binaların 2060-cı ilə qədər bərpaolunan enerji ilə işləyən elektrikli hava-su tipli istilik nasosları ilə təchiz edilməsi gözlənilir.

Cagdas.az xəbər verir ki, sözügedən məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənəddə qeyd olunur ki, elektrikli istilik nasosları ənənəvi təbii qazla işləyən istilik sistemlərindən təxminən üç dəfə daha səmərəlidir, çünki onlar istiliyi yanma yolu ilə istehsal etmək əvəzinə onu ötürürlər.

Buna görə də ümumi elektrik istehlakı artsa da emissiyaların xalis azalmasına nail olmaq mümkündür. Bundan əlavə, bu texnologiya iş prinsipi sayəsində istilik təminatı üçün sərf olunan suyun miqdarını azaltmaqla və bununla da təbii qazdan asılılığı əhəmiyyətli dərəcədə aşağı salmaqla binalar sektorunda izafi təsir yaradan əlavə üstünlüklərə malikdir.

2060-cı ilə qədər bərpaolunan enerji ilə işləməsi nəzərdə tutulan elektrikli sobaların bütün binalarda quraşdırılması, yemək bişirmək üçün istifadə edilən təbii qazdan qaynaqlana istixana qazı emissiyalarını azaldacaq.

Yüksəkemissiyalı yanacaqlardan istifadə edən qaz sobalarından fərqli olaraq, elektrik sobaları istilik yaratmaq üçün elektrik müqavimətindən istifadə edir və bu istilik daha sonra qablara ötürülür və bu da onları daha səmərəli edir\ölkə.az\