Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

“Bitcoin”in qiyməti 65 min dollardan aşağı enib

İqtisadiyyat

Kriptovalyuta bazarında eniş dərinləşir, “qorxu” indeksi 14 bəndə düşüb.

Çağdaş.Az “APA-Economics”ə istinadən xəbər verir ki, kriptovalyuta bazarında satış təzyiqi davam edir. Məlumata görə, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 4,33% azalaraq 2,23 trilyon ABŞ dollarına enib.

Bazarın aparıcı aktivi olan “Bitcoin”in qiyməti 4,61% azalaraq 64 849 ABŞ dollarına düşüb. Ethereum isə 5,72% dəyər itirərək 1 860 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Digər əsas altkoinlərdə də eniş qeydə alınıb. BNB 5,40% azalma ilə 587 ABŞ dollarına, Bitcoin Cash 5,04% azalma ilə 539 ABŞ dollarına, Monero 4,11% azalma ilə 310 ABŞ dollarına, Zcash 6,96% azalma ilə 238 ABŞ dollarına, Bittensor (TAO) 7,07% azalma ilə 165 ABŞ dollarına enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi də 4,91% azalaraq 133,15 bənd təşkil edib.

Eyni zamanda, investor əhval-ruhiyyəsini ölçən Fear & Greed (Qorxu və Risk iştahı) indeksi 14 bənd səviyyəsində qərarlaşıb ki, bu da bazarda kəskin “qorxu” mərhələsinin davam etdiyini göstərir.

Bununla yanaşı, qızıl ilə təmin olunan tokenlərdə artım müşahidə olunur. PAX Gold (PAXG) və Tether Gold (XAUt) müvafiq olaraq 0,96% və 0,99% artım nümayiş etdirib. Bu dinamika investorların riskli aktivlərdən çıxaraq daha sabit alətlərə yönəldiyini göstərir.

Analitiklər hesab edir ki, hazırkı eniş fonunda bazarda qısa müddətli volatillik yüksək olaraq qalacaq.