BMT-yə üzv ölkələrin yarıdan çoxu BMT-nin Rusiya əleyhinə qətnaməsini dəstəkləyir.
“Cagdas.az” bildirir ki, BMT Baş Assambleyasının (UNGA) sessiyasında ukraynalı uşaqlarla bağlı Rusiya əleyhinə olan qətnamə layihəsinin lehinə BMT-yə üzv ölkələrin yarısından çoxu səs verməsə də, sənəd yenə də qəbul edilib. Bu barədə TASS-ın müxbiri məlumat verib.
BMT Baş Assambleyasının 11-ci Fövqəladə Xüsusi Sessiyasında Ukrayna, Kanada və Avropa ölkələri tərəfindən təqdim edilən “Ukraynalı uşaqların qayıdışı” adlı qətnamə layihəsi 91 ölkə tərəfindən dəstəklənib, 57 ölkə bitərəf qalıb.
Rusiya və digər 11 ölkə, o cümlədən İran, Kuba, Şimali Koreya, Belarus, Sudan, Nikaraqua və Mali sənədin əleyhinə səs verib. Bundan əlavə, 30-dan çox ölkə ümumiyyətlə səsverməyə qatılmayıb.
Birləşmiş Millətlər Təşkilatının 193 üzvü var. UNGA-nın prosedur qaydalarına əsasən, qərarlar üzv dövlətlərin sadə əksəriyyətinin iştirak etdiyi müddətcə qəbul edilir.
















