• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

BMT iclasında Azərbaycanın mövqeyi bəyan edildi

16 May, 26 / 13:38
A A

Məsuliyyətli enerji istehsalçısı və “OPEC +” formatının sadiq üzvü kimi Azərbaycan balanslaşdırılmış və proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəkləyir.

Çağdaş.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) “Enerji və təchizat axınlarının qorunması: Beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal inkişafın dəstəklənməsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı bildirib.

Müşavir qeyd edib ki, qlobal enerji bazarlarında artan qeyri-sabitlik enerji təhlükəsizliyinin, şaxələndirmənin və dayanıqlı infrastrukturun strateji əhəmiyyətini bir daha sübut edib:

“Təchizat zəncirlərindəki qırılmalar, qiymət dalğalanmaları və artan qlobal tələbat inkişafa mənfi təsir göstərməkdə davam edir, eyni zamanda, enerji sistemləri üzərində əhəmiyyətli təzyiq yaradır.

Məsuliyyətli enerji istehsalçısı və “OPEC +” formatının sadiq üzvü kimi Azərbaycan balanslaşdırılmış və proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəkləyir. Həddindən artıq qeyri-sabitlik nə istehsalçılara, nə də istehlakçılara fayda gətirir və qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik yaradır”.

H. Məmmədova bildirib ki, Azərbaycan ardıcıl olaraq şaxələndirmə, etibarlılıq və uzunmüddətli tərəfdaşlıqlara əsaslanan balanslaşdırılmış və praqmatik enerji strategiyası həyata keçirib:

“Biz həmçinin “yaşıl enerji” gündəliyimizi fəal şəkildə inkişaf etdirir və daxili istifadə, ixrac və gələcək məlumat mərkəzlərinin tələbatı üçün 8 qiqavatlıq bərpa olunan enerji gücü yaratmaq planlarını həyata keçiririk. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri strateji layihələrin uğuruna əsaslanaraq Azərbaycan indi Xəzər regionunu, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən yeni nəsil “yaşıl enerji” interkonnektorlarına öncüllük edir”.

“Xəzər-Qara dəniz-Avropa dəhlizi, Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi və Trans-Xəzər layihələri kimi təşəbbüslər vasitəsilə biz şaxələndirilmiş qitələrarası enerji və rəqəmsal bağlantı körpüsünün yaradılmasına kömək edirik. Fiber-optik infrastruktur və Orta Dəhlizin inkişafı ilə birlikdə bu layihələr regional bağlantını gücləndirəcək, Avropanın enerji şaxələndirilməsi səylərini dəstəkləyəcək və həm elektrik enerjisi, həm də rəqəmsal bağlantı üçün etibarlı körpü yaradacaq”, – müşavir vurğulayıb.

O, sözlərini Azərbaycanın etibarlı təchizat, şaxələndirilmiş infrastruktur, balanslaşdırılmış enerji siyasətləri və genişləndirilmiş regional əməkdaşlıq vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməyə sadiq qaldığını diqqətə çatdıraraq yekunlaşdırıb./Report/

Bənzər Xəbərlər

Manşet

Bakıda WUF13 tədbirlərində 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

May 12, 2026
Manşet

WUF13-ün “Media mərkəzi”ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

May 12, 2026
Manşet

Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu

May 12, 2026
Manşet

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

May 12, 2026
Siyasət

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı AÇIQLANIB

May 11, 2026
Manşet

Azərbaycan Prezidenti: İlyarım sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq

May 10, 2026

XƏBƏR LENTİ

BMT iclasında Azərbaycanın mövqeyi bəyan edildi

16 May, 26 / 13:38

SON DƏQİQƏ: Maskalılar Köçəryanın ofisinə basqın etdi - HƏBS OLUNACAQ...

16 May, 26 / 13:19

Britaniya “Lotu Quli”nin qardaşına sanksiya tətbiq etdi

16 May, 26 / 13:00

Trampdan müəmmalı İran açıqlaması: Mən düzgün qərarı verəcəyəm

16 May, 26 / 12:41

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

16 May, 26 / 12:22

Fizikada yeni perspektiv: “Blok Kainat” modeli zaman anlayışını sarsıdır

16 May, 26 / 11:49

Kişilərə olar, qadınlara yox – Azərbaycanda mübahisəli qanun

16 May, 26 / 11:30

İki rayonda torpaq BAHALAŞDI – VİDEO

16 May, 26 / 11:09

Əməyinin bəhrəsini alacaq bürclər

16 May, 26 / 10:50

Bazarda ARTIM – Neft kəskin bahalaşdı

16 May, 26 / 10:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.