Dünya bazarında neft qiymətləri cüzi ucuzlaşıb.
Cagdas.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,10 dollar və ya 0,09% azalaraq 1 barel üçün 105,73 dollar olub.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,22 dollar və ya 0,21% ucuzlaşaraq 102,21 dollar təşkil edib.
Neft qiymətlərindəki geriləmə əvvəlki sessiyalarda müşahidə olunan kəskin bahalaşmadan sonra investorların mənfəət götürməsi və bazarda qısamüddətli korreksiya ilə əlaqələndirilir.
Bununla yanaşı, Yaxın Şərqdə davam edən gərginlik və enerji tədarükü ilə bağlı risklər neftin qiymətinin yüksək səviyyədə qalmasına təsir göstərir.
















