Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu avtobus sürücüləri cərimələnəcək

Cəmiyyət

Qanunvericiliyə görə avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması qadağandır və buna görə sürücülər 100 manat cərimə olunur. Bəs avtobus sürücüləri öz zolaqlarından çıxıb digər zolağa daxil olduqda cərimələnə bilərmi?

Cagdas.az xəbər verir ki Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev açıqlamasında bildirib ki, avtobus zolaqları 1.1 üfiqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun həmin xətti keçərək digər zolağa daxil olması isə 1.1 — yəni düz xətt nişanlamasının tələbinin pozulması deməkdir.

“Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunur. Avtobus zolağından çıxan sürücü istəmədən də olsa qayda pozuntusu törətmiş sayılır”, – deyə o qeyd edib.(metbuat.az)