Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu fənn üzrə dərs saatları artırılacaq – Emin Əmrullayev AÇIQLADI

Cəmiyyət

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Bu qərarlardan biri tədris planlarında Azərbaycan dili dərs saatlarının artırılmasıdır.

Cagdas.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən, Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib.

“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, – deyə o vurğulayıb.(Trend)