Son dəqiqə
Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Azərbaycanda Anım Günüdür Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir

Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

Cəmiyyət

Əmək məzuniyyəti dövrünə təsadüf edən bayram, hüzn və səsvermə günlərinin sayı qədər məzuniyyət müddəti uzadılacaq.

Cagdas.az xəbər verir ki, bu məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.

Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günlərinə görə məzuniyyət müddəti uzadılmır.