Yayın dəbi təkcə isti havaya uyğun geyinmək deyil, həm də rahatlıqla üslubu birləşdirmək deməkdir.
Cagdas.az xəbər verir ki, ekspertlərin məlumatlarına əsasən, bu mövsümdə geyimlər daha yüngül, nəfəsalan parçalarla hazırlanır və insanı həm komfortlu, həm də səliqəli göstərməyə xidmət edir.
Rəng seçimləri isə yay ab-havasını tam əks etdirir.
Ekspertlərin fikrincə açıq və pastel tonlar – ağ, bej, açıq mavi kimi rənglər insanı daha sərin və zərif göstərir. Bununla yanaşı, sarı, narıncı, yaşıl və çəhrayı kimi canlı rənglər yay geyimlərinə enerji və pozitivlik qatır.
Yay geyim stilində əsas diqqət rahatlığa yönəlir. Pambıq, kətan və digər yüngül parçalar dərinin nəfəs almasına kömək edir. Geniş şalvarlar, oversize köynəklər, qısa şortlar və axıcı donlar bu mövsümün ən çox seçilən geyimlərindəndir. Sadə, minimal dizaynlar isə həm gündəlik, həm də xüsusi günlər üçün uyğun seçim sayılır.
Aksesuarlar da yay stilini tamamlayan vacib detallardandır. Hasır çantalar, gün eynəkləri, nazik boyunbağılar və rahat sandallar yay görünüşünü daha da tamamlayır. Papaqlar isə həm günəşdən qorunmaq, həm də estetik görünüş yaratmaq üçün istifadə olunur.
Ümumilikdə yay dəbi təbiilik, rahatlıq və rəngarənglik üzərində qurulub. Bu mövsümdə hər kəs öz zövqünü qoruyaraq həm rahat, həm də dəbli görünə bilər.(sfera.az)
















