Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Bu yol 8 Noyabr prospekti ilə birləşdiriləcək

Cəmiyyət

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

Cagdas.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək:

“İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq”.(metbuat.az)