• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Daşınmaz əmlakın reyestri və kadastrı vahid sistemdə birləşdirilir

14 İyul, 26 / 16:02
A A

Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdirilir.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi və məlumatların vahid məntəqədən əldə edilməsinin və saxlanılmasının təmin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət kadastrına daxil olma əsasları konkretləşdirilir. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin fəslinin məlumatları (üzərində hüquqların qeydiyyata alındığı daşınmaz əmlaklar barədə məlumatlar) dövlət kadastrına daxildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqları barədə məlumatlar, hüquq sahibi (sahibləri), eləcə də mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar isə reyestr məlumatları kimi təsnif edilir. Daşınmaz əmlakın dövlət reyestrinin əmlakın təsvirinə dair müvafiq fəslinin (I fəslin) məlumatları ilə kadastr məlumatları birləşdirilərək informasiya sisteminin tamlığı prinsipi əsas götürülüb. Bununla dövlət informasiya ehtiyatlarında saxlanılan məlumatlar arasında ziddiyyətlərin tam olaraq aradan qaldırılması təmin ediləcək.

Eyni zamanda layihəyə görə dövlət reyestri “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq. Qeyd edilib ki, bu, daşınmaz əmlakın dövlət reyestrinin tam olaraq rəqəmsal formada aparılmasının təmin edilməsini nəzərdə tutur. Bu yenilik Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanından irəli gəlir. Belə ki, Fərman daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində şəffaflığın və operativliyin artırılması, əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılmasını nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

İyul 14, 2026
Cəmiyyət

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

İyul 14, 2026
Cəmiyyət

İcbari tibbi sığortada elektron reseptlə bağlı yenilik qəbul edildi

İyul 14, 2026
Cəmiyyət

Bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişir

İyul 14, 2026
Cəmiyyət

Kibertəhlükəsizlik tələblərini pozanlar cərimələnəcək

İyul 14, 2026
Cəmiyyət

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib - FOTOLAR

İyul 14, 2026

XƏBƏR LENTİ

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsinin test mərhələsinə başlayır

14 İyul, 26 / 17:29

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

14 İyul, 26 / 17:13

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

14 İyul, 26 / 16:57

İcbari tibbi sığortada elektron reseptlə bağlı yenilik qəbul edildi

14 İyul, 26 / 16:43

Bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişir

14 İyul, 26 / 16:28

Kibertəhlükəsizlik tələblərini pozanlar cərimələnəcək

14 İyul, 26 / 16:16

Daşınmaz əmlakın reyestri və kadastrı vahid sistemdə birləşdirilir

14 İyul, 26 / 16:02

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib - FOTOLAR

14 İyul, 26 / 16:02

Bölünə bilməyən kənd təsərrüfatı torpaqları satılacaq

14 İyul, 26 / 15:50

Azərbaycan beynəlxalq yükdaşımalardan 7 milyard manat qazanacaq

14 İyul, 26 / 15:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.