Son dəqiqə
Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər
Reklam
Reklam

Dəmir yolları bayramda tam gücü ilə işləyəcək

Cəmiyyət

Müstəqillik Günü və Qurban bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) gücləndirilmiş iş rejimində çalışacaq.

Cagdas.az  verilən məlumata görə, ADY Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.

Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Balakən–Bakı xətti üzrə hərəkət edən qatarlara “Standart” və “Standart+” sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq. Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.

Bununla yanaşı, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək:

– Bakı-Ağstafa – 08:30

– Ağstafa-Bakı – 17:20

– Bakı-Qəbələ – 07:30

– Qəbələ-Bakı – 19:00

Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.

Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.

Hərəkət qrafiki və bilet satışı ilə bağlı məlumatları www.ady.az saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.