• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

DİQQƏT! Avtomobilinizi işlək vəziyyətdə saxlayıb YATMAYIN: “Ölümlə NƏTİCƏLƏNİR”

12 Fevral, 26 / 11:05
A A

Hava şəraitinin soyuq olması ilə əlaqədar bəzi sürücülər, xüsusilə, taksi sürücüləri avtomobili yol kənarında işlək vəziyyətdə saxlayıb yatırlar. Əksər avtomobillər, hətta havaya atılmalı qazı salona buraxır. Bu da təhlükə yaradır.

Cagdas.Az xəbər verir ki, tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov Pravda.az-a açıqlamasında bu kimi halların təhlükəsindən danışıb.

E.Xıdırov deyib ki, avtomobilin yol kənarında, yolun hərəkət hissəsində saxlanılması onun işlək vəziyyətdə olub-olmamasından asılı olmayaraq çox təhlükəlidir, bu, qəzaya səbəb ola bilər:

“Belə qəzalar dəfələrlə baş verib. Bu barədə videolar var. Avtomobil müxtəlif səbəbdən yolun hərəkət hissəsində saxlanılır. Hətta qəza vəziyyətinə düşmüş, təkəri deşilmiş avtomobillərin saxlanılması ağır qəzalarla nəticələnir. Yol hərəkəti qaydaları baxımından avtomobilin yol kənarında saxlanılması qətiyyən tövsiyə olunmur. İkinci vəziyyət isə avtomobili işlək vəziyyətdə saxlayaraq yatmaqdır. Açıq havada, yaxud qapalı ərazilərdə olsun, fərqi yoxdur, hər iki hal təhlükəlidir. Avtomobilin qapalı ərazilərdə saxlanılması, ümumiyyətlə, təhlükəlidir. Bu halda maşının işlək vəziyyətdə olması da qadağandır. Bəs açıq havada avtomobili işlək halda saxlamağın təhlükəsi varmı? Bəli, yenə var. Çünki avtomobilin salonuna karbonmonoksid (CO) daxil ola bilər. Bilirik ki, avtomobilin içində olan havanın necə də olmasa, klimat sisteminin qoşulmasından asılı olaraq xariclə əlaqəsi ola bilər, yaxud olmaya bilər. Hətta avtomobildə yalnız qapalı sistem qurduqda oksigen çatışmazlığı yaranır. Bunu insan özündə hiss edə bilmir. Avtomobilin salonunun xariclə əlaqəsinin olması üçün onun müxtəlif yerlərində əks rezin klapanlar var. Bunlardan hansısa işlək olduqda, yaxud olmadıqda da salona daxil olan karbonmonoksidin miqdarı cüzi konsentrasiya halında belə, artıq zəhərləyicidir. İnsan bunu hiss etmir. Qanı zəhərləyən çox cüzi miqdarda konsentrasiya ölümə gətirib çıxara bilir. Avtomobil yatmaq yeri deyil, mənzil başına çatmaq üçündür. Yol kənarında işlək vəziyyətdə və yaxud digər səbəblərdən avtomobili saxlamaq olmaz. Avtomobil yolun hərəkət hissəsindən maksimum kənarlaşdırılmalıdır. CO, yəni karbonmonoksidin rəngi, qoxusu yoxdur. İnsan bunu hiss etmir. Karbonmonoksidin miqdarı 0,08 % olduqda insan baş ağrısı və boğulma hiss edir. CO-nun konsentrasiyası 0,32 %-ə yüksəldikdə iflic və güclü yorğunluq yaranır, hətta 30 dəqiqə ərzində ölüm baş verir. Konsentrasiya 1,2 %-dən yuxarı olduqda isə insan iki-üç nəfəsdən sonra komaya düşür və 3 dəqiqədən az müddətdə ölür”.

Bənzər Xəbərlər

Maraqlı

Kondisioner infarkt yaradır? – Belə istifadə edin

İyun 13, 2026
Maraqlı

Bu əlaməti görsəniz, çiyələk almayın – RİSKLƏR

İyun 13, 2026
Maraqlı

Ən çox yalan danışan 3 bürc – Onlardan uzaq durun

İyun 13, 2026
Maraqlı

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

İyun 13, 2026
Maraqlı

Həftə sonu bürcləri nə gözləyir? -Hansı bürclər xoş xəbər alacaq?

İyun 12, 2026
Maraqlı

Pul əllərinizə gələcək: maliyyə baxımından şanslı olacaq BÜRCLƏR

İyun 12, 2026

XƏBƏR LENTİ

DÇ-2026 həyəcanı davam edir: Türkiyə Avstraliyaya qarşı - CANLI YAYIM

14 İyun, 26 / 8:27

Kondisioner infarkt yaradır? – Belə istifadə edin

13 İyun, 26 / 23:55

Bu əlaməti görsəniz, çiyələk almayın – RİSKLƏR

13 İyun, 26 / 23:36

Ən çox yalan danışan 3 bürc – Onlardan uzaq durun

13 İyun, 26 / 23:21

19 min işçisini ixtisar edəcək

13 İyun, 26 / 22:48

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

13 İyun, 26 / 22:27

Qiyməti 2 manatdır, amma 8 manata satılır… – Bakıda “gül kimi” söhbət

13 İyun, 26 / 21:50

Prezident “artmır” dedi, Ağdaşda hazırlıq başladı: Ölkə üçün mühüm tapşırıq

13 İyun, 26 / 19:49

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

13 İyun, 26 / 19:32

Kəndlərlə bağlı möhtəşəm plan: 3 istiqamətdə yenilik olcaq – Proses sürətləndirilir

13 İyun, 26 / 19:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.