Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dövlət başçısı: Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir

Manşet

Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirib.

İlham Əliyev həmçinin qeyd edib ki, Slovakiyanın uğurlu inkişafı Azərbaycanı çox məmnun edir:

“Slovakiya çox güclü sənaye potensialına malikdir. Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, amma bu, sizi yolunuzdan döndərmir”.

Azərbaycan lideri, eyni zamanda, slovakiyalı həmkarı ilə bu gün informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında da müzakirə apardıqlarını söyləyib./Report/