Son dəqiqə
“Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar

DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər

Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.

Bu barədə “Çağdaş.Az“a xidmətdən məlumat verilib.

Bildirilib ki, xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.