• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Dünyada hər beş nəfərdən birinin gözlənilməz ölüm səbəbi açıqlanıb

20 İyun, 26 / 23:59
A A

Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş ölümdən birinə səbəb olur.

Çağdaş.Az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

Məlumata görə, insan genomunun 2003-cü ildə tam oxunması ilə tədqiqatçılar əksər xəstəliklərin mənbəyini müəyyən edə biləcəklərini düşünürdülər. Ancaq sonradan məlum oldu ki, irsi faktorlar xəstəliklərin yaranma ehtimalının sadəcə 10%-ni təşkil edir. Yerdə qalan 90% isə xarici mühit təsirlərindən, xüsusən də rasionumuzdan asılıdır.

Bildirilir ki, Avropada ürək-damar xəstəliklərindən baş verən ölümlərin demək olar ki, yarısına səbəb qidalanmadır. Buna baxmayaraq, yağ, duz və şəkərin məhdudlaşdırılmasına dair onilliklər ərzində verilən tövsiyələr piylənmənin və onunla bağlı xəstəliklərin artımını dayandıra bilməyib.

Alimlərin fikrincə, səbəb onda ola bilər ki, müasir elm hələ də insanın qida ilə qəbul etdiyi kimyəvi maddələrin yalnız kiçik bir hissəsini öyrənib.

Ənənəvi olaraq qidalanma zülallar, yağlar, karbohidratlar, vitaminlər və digər məlum qida maddələri prizmasından nəzərdən keçirilirdi. Ümumilikdə alimlərə bu cür təxminən 150 birləşmə yaxşı məlumdur. Lakin müasir qiymətləndirmələr göstərir ki, insanın rasionunda 26 000-dən çox müxtəlif kimyəvi maddə ola bilər və onların əksəriyyəti praktiki olaraq öyrənilməyib.

Bəzi tədqiqatçılar rasionun az məlum olan hissəsini kainatdakı qaranlıq maddəyə bənzədərək “qidanın qaranlıq maddəsi” adlandırırlar. Alimlər başa düşürlər ki, qidadakı minlərlə birləşmə orqanizmə təsir göstərir, lakin hələlik dəqiq necə təsir etdiyini bilmirlər.

Hazırda “Foodome Project” kimi beynəlxalq layihələr naməlum qida birləşmələrinin ətraflı kataloqunu tərtib etməyə çalışır. Bu günə qədər orada artıq 130 000-dən çox molekul və onların mikrobiota, insan zülalları və müxtəlif xəstəliklərlə mümkün əlaqələri haqqında məlumat var.

Tədqiqatçılar ümid edirlər ki, “qidanın qaranlıq maddəsi”nin öyrənilməsi eyni pəhrizin niyə bəzi insanlara fayda verib, digərlərində işləmədiyini izah etməyə kömək edəcək, həmçinin xəstəliklərin qarşısının alınması üçün yeni metodlar yaratmağa və hətta qida məhsullarında olan maddələr əsasında dərmanlar hazırlamağa imkan verəcək./Oxu.az/

Bənzər Xəbərlər

Maraqlı

​Bu heyvanlar güzgüdə özlərini tanıya bilir

İyun 19, 2026
Maraqlı

Dünyada ilk gəmi tuneli tikilir – Bu ölkədə

İyun 19, 2026
Maraqlı

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı “qalxan”

İyun 19, 2026
Maraqlı

Həftəsonu bürcləri nə gözləyir? – Kimə sevgi, kimə pul

İyun 19, 2026
Maraqlı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

İyun 17, 2026
Maraqlı

Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

İyun 17, 2026

XƏBƏR LENTİ

Dünyada hər beş nəfərdən birinin gözlənilməz ölüm səbəbi açıqlanıb

20 İyun, 26 / 23:59

DİM sabah təkrar imtahan keçirəcək

20 İyun, 26 / 11:42

Azərbaycanda bu məntəqə BAĞLANDI

20 İyun, 26 / 11:27

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

20 İyun, 26 / 11:13

Azərbaycanda pul qazanmaq üçün görün nə edirlər – Təhlükəli tendensiya

20 İyun, 26 / 10:44

DÇ-2026: Türkiyə millisi Paraqvayla da bacarmadı - VİDEO

20 İyun, 26 / 10:29

Onlar təcili hərəkətə keçdilər: Paşinyanın qalibiyyəti əlindən alına bilər

 

20 İyun, 26 / 10:14

ABŞ kəşfiyyatından Trampa Netanyahu ilə bağlı XƏBƏRDARLIQ

20 İyun, 26 / 9:58

Bugün çimərliklərdə hava necə olacaq?

20 İyun, 26 / 9:43

Braziliyə millisi böyükhesablı qələbə qazanıb

20 İyun, 26 / 9:30
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.