Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

DYP-dən avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət

“Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir”.

Cagdas.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib:

“Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir”.

Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələr təkcə sürücünün deyil, eyni zamanda, digər yol hərəkəti iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir göstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz iz buraxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər bir vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət daşıyır.

“BDYPİ bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır”, – deyə müraciətdə qeyd olunub.(Referans Media)