Cari ildə içki və tütün məhsullarına 2,4 milyard manat xərclənib.
2025-ci ilin yanvar–noyabr aylarında istehlakçıların içki və tütün məmulatlarına yönəltdiyi xərclər 2 milyard 408 milyon 800 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artım deməkdir.
Cagdas.az-ın məlumatına görə, içki və tütün məhsullarının payı ümumi pərakəndə ticarət dövriyyəsində 4,1% olub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkələri vasitəsilə istehlakçılara ümumilikdə 58 milyard 571 milyon 300 min manat dəyərində məhsul satılıb.


