• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9797
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Gəlirinizin yarıdan çoxu…

28 Avqust, 26 / 21:19
A A

Azərbaycanda əhalinin banklardan və digər maliyyə qurumlarından götürdüyü kreditlərin həcmi artmaqda davam edir. Kreditləşmənin genişlənməsi fonunda əhalinin gəlirləri ilə kredit ödənişləri arasındakı nisbət və mümkün həddindən artıq borclanmanın iqtisadi riskləri də gündəmə gəlir.

Cagdas.az-a açıqlama verəniqtisadçı Xalid Kərimlibildirib ki, hazırda Azərbaycanda əhalinin borclanma səviyyəsi artsa da, bu göstərici yüksək deyil:

“Qonşu ölkələrlə, digər ölkələrlə, bizim kimi ölkələrlə müqayisədə heç də yüksək deyil. Yəni aşağı göstəricilərdir.

Ümumiyyətlə, Azərbaycanda, düzdür, hər il kreditləşmənin səviyyəsi artır. İqtisadiyyat kiçik də olsa böyüdükcə, kreditləşmənin səviyyəsi sürətlə artır. Təxminən 15-20 faiz ətrafında.

Amma bundan əlavə, kreditlərin ümumi daxili məhsula nisbəti aşağıdır. Burada məsələ həm də ondan ibarətdir ki, Mərkəzi Bank kifayət qədər ehtiyatlı kreditləşmə siyasəti həyata keçirir. Xüsusən də istehlak kreditlərində ciddi nəzarətlər var.

Misal üçün, siz vətəndaş kimi istehlak krediti götürürsünüzsə, sizin aylıq kredit ödənişiniz aylıq rəsmi gəlirinizin 45 faizindən çox ola bilməz. Yəni bu cür sərt qayda qoyulur.

İpoteka krediti olsa, 70 faizə qədər qalxa bilər, çünki mənzil kreditində bir qədər güzəşt edilir. Amma istehlak kreditində 45 faizdən çox ola bilməz.

İkincisi, bunu da keçən il yayında səhv etmirəmsə, tətbiq elədilər, biz də şərh elədik. Mərkəzi Bank kredit kartlarının limitinə də məhdudiyyət qoyur. Misal üçün, bank vətəndaşın kredit kartına onun rəsmi gəlirinin 5 faizindən çox olmayaraq limit təyin edə bilər.

Yəni ciddi sürətdə burada nəzarət var ki, banklar vətəndaşları qazancının hamısına qədər çox yükləməsinlər və sonradan ölkə üçün problem yaranmasın.

Ölkənin 98 faiz kredit portfeli banklardadır və banklara da bu cür sərt qaydalar qoyulub. İki faizlik hissə BOKT-lərdə, kredit ittifaqlarında, lombardlardadır, orada bir məhdudiyyət yoxdur. Amma 98 faiz əsas hissəsinə ciddi məhdudiyyətlər qoyulub.

Ona görə də kreditlərin artması ölkə üçün hər hansı ciddi problem yaratmır. Vətəndaşa şəxsən problem yarada bilər, yəni konkret vətəndaşa, vətəndaşlara yox. Ölkə deyəndə vətəndaşların çoxluğunu, xalqı nəzərdə tuturam.

Amma konkret şəxslərə problem yarana bilər. Onlar da indi, belə deyək də, kredit götürəndə işlərini düzgün planlaşdırsınlar. Hər zır-zibil üçün, hər brend üçün və yaxud da qonşudan qalma deyib gəlirinə baxmadan kredit götürməsinlər.

Amma sektor üçün, maliyyə sektoru üçün, ölkə iqtisadiyyatı üçün heç bir problem yoxdur”.\referans media\

Bənzər Xəbərlər

Cəmiyyət

Qarabağda 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

Avqust 28, 2026
Cəmiyyət

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avqust 28, 2026
Cəmiyyət

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

Avqust 28, 2026
Cəmiyyət

Sosial müavinət alanlarla bağlı yeni xəbər

Avqust 28, 2026
Cəmiyyət

Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Avqust 28, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Avqust 28, 2026

XƏBƏR LENTİ

“Neftçi”, “Sabah” və “Qarabağ”ın növbəti oyunlarının təyinatları açıqlandı

28 Avqust, 26 / 22:19

Qarabağda 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

28 Avqust, 26 / 21:33

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Gəlirinizin yarıdan çoxu…

28 Avqust, 26 / 21:19

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

28 Avqust, 26 / 21:07

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

28 Avqust, 26 / 20:55

Sosial müavinət alanlarla bağlı yeni xəbər

28 Avqust, 26 / 20:41

Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 26 / 20:27

Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 26 / 20:14

Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi

28 Avqust, 26 / 19:58

Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri – (Video)

28 Avqust, 26 / 19:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.