• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? – Gözlənilməz lider

09 İyul, 26 / 23:25
A A

“Time Out” nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib.

Cagdas.az   xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb.

Respondentlər yaşadıqları şəhərdə özlərini nə dərəcədə rahat və xoşbəxt hiss etdiklərini qiymətləndiriblər. Sorğu zamanı iştirakçılardan şəhərin onları xoşbəxt edib-etmədiyi, digər yerlərlə müqayisədə burada özlərini daha xoşbəxt hiss edib-etmədikləri, ətrafdakı insanların müsbət münasibəti, gündəlik şəhər həyatının onlara sevinc gətirib-gətirmədiyi və son dövrlərdə ümumi xoşbəxtlik hissinin artıb-artmadığı barədə fikirləri öyrənilib.

Nəticələr təhlil edildikdən sonra reytinqə hər ölkədən yalnız bir şəhər daxil edilib ki, siyahı dünyanın müxtəlif regionlarını əhatə etsin.

Reytinqə İngiltərənin Bat şəhəri başçılıq edib. Təxminən 80 min əhalisi olan şəhər Londondan 150 kilometr qərbdə yerləşir. Araşdırmaya görə, şəhər sakinlərinin 93 faizi Batın onları xoşbəxt etdiyini bildirib.

Nəşr qeyd edir ki, şəhər qədim Roma hamamları ilə məşhurdur və “Bath” sözü ingilis dilində “hamam” mənasını verir. Burada həmçinin XVIII əsrə aid çoxsaylı memarlıq abidələri qorunub saxlanılıb.

Reytinqdə ikinci yeri Mərkəzi Amerikada yerləşən Panama dövlətinin paytaxtı Panama şəhəri tutub.

İlk üçlüyü isə zəngin mədəni həyatı, qastronomiyası və qarşılıqlı dəstək mühiti ilə yüksək qiymətləndirilən Meksikanın Qvadalaxara şəhəri tamamlayıb.

Dünyanın ən xoşbəxt 20 şəhəri

1. Bat, Böyük Britaniya;

2. Panama, Panama;

3. Qvadalaxara, Meksika;

4. Medellin, Kolumbiya;

5. Krakov, Polşa;

6. Caypur, Hindistan;

7. Çikaqo, ABŞ;

8. Keyptaun, Cənubi Afrika;

9. Şanxay, Çin;

10. Yöteborq, İsveç;

11. Monreal, Kanada;

12. San-Paulu, Braziliya;

13. Valensiya, İspaniya;

14. Praqa, Çexiya;

15. Melburn, Avstraliya;

16. Kuala-Lumpur, Malayziya;

17. Hamburq, Almaniya;

18. Porto, Portuqaliya;

19. Amsterdam, Niderland;

20. Çianq May, Tayland. (qaynarinfo.az)

Bənzər Xəbərlər

Maraqlı

Alimlər tarakanları “kiber əsgər”ə çevirdi

İyul 9, 2026
Maraqlı

Venera bürc dəyişdi: Sevgi və pulla bağlı hər şey dəyişəcək

İyul 9, 2026
Maraqlı

İyul ayı üç bürcə bol şans gətirəcək

İyul 9, 2026
Maraqlı

Dörd BÜRC üçün böyük sərvət dövrü gəlir

İyul 8, 2026
Maraqlı

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

İyul 7, 2026
Maraqlı

İyul bu BÜRCLƏR üçün illərin ən yaxşı ayı olacaq

İyul 7, 2026

XƏBƏR LENTİ

Elektron resept təklif olunur – Yeni qayda

10 İyul, 26 / 19:52

Kəlbəcərdə mina partlayıb

10 İyul, 26 / 19:38

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

10 İyul, 26 / 19:23

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

10 İyul, 26 / 19:11

Bakı-Ələt yolunda yeni avtomobil körpüləri tikilir – VİDEO

10 İyul, 26 / 18:48

Bakıda yeni səfirlik binası tikiləcək

10 İyul, 26 / 18:37

“Özümüzü toxumluq buğda ilə təmin edə bilmirik” – Millət vəkili

10 İyul, 26 / 18:22

Alma, qarpız, pomidor, kartof niyə əvvəlki dadını vermir? – DEPUTAT

10 İyul, 26 / 18:07

Milli Məclisin növbəti iclasının tarixi açıqlandı

10 İyul, 26 / 17:58

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10 İyul, 26 / 17:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.