• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.9° Weather Columbus
$
1.7
€
1.9459
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Ermənistan bu gün qarışacaq – hamı bu qərarı gözləyir

03 İyul, 26 / 11:28
A A

Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı verəcəyi istənilən qərar ölkəni yeni siyasi böhrana sürükləyəcək 

Ermənistan iyulun 4-ü ərəfəsində son illərin ən kritik siyasi günlərindən birini yaşayır. Bu gün Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı verəcəyi qərar təkcə hüquqi sənəd olmayacaq, həm də ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək dönüş nöqtəsinə çevrilə bilər.

Cagdas.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda həm hakimiyyət, həm müxalifət, həm də beynəlxalq müşahidəçilər bütün diqqətlərini Konstitusiya Məhkəməsinə yönəldiblər. Qərarın açıqlanmasından dərhal sonra ölkədə etiraz aksiyalarının başlanması, siyasi qarşıdurmanın kəskinləşməsi və hətta yeni parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı istisna edilmir.

Picture background

Məlumdur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7  siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edərək səsvermənin nəticələrinin ləğvini tələb edib. Onların arasında Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və digər müxalif siyasi təşkilatlar yer alır.

Müxalifət hesab edir ki, seçki prosesində çoxsaylı qanun pozuntuları baş verib, bəzi seçki məntəqələrində nəticələr düzgün hesablanmayıb və Mərkəzi Seçki Komissiyası bütün şikayətləri obyektiv araşdırmayıb.

Xüsusilə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşməsi üçün cəmi 200-ə yaxın səs çatışmayıb. Partiya iddia edir ki, üç seçki məntəqəsində təkrar səsvermə keçirilsəydi, nəticə tamamilə fərqli ola bilərdi.

Konstitusiya Məhkəməsinin qarşısında isə dörd seçim var.

Picture background

Qanunvericiliyə görə, məhkəmə aşağıdakı qərarlardan birini qəbul edə bilər:
Mərkəzi Seçki Komissiyasının nəticələrini qüvvədə saxlamaq;
seçkilərin nəticələrini tam etibarsız elan etmək;
mandat bölgüsünü dəyişərək nəticələri qismən yenidən hesablatdırmaq;
və ya ikinci tur seçkilərin keçirilməsinə qərar vermək. Hər bir qərar ölkədə fərqli siyasi proseslərə səbəb olacaq.

Siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tam şəkildə ləğv etməsi ehtimalı yüksək deyil. Bunun əsas səbəbi məhkəmənin hazırkı tərkibinin böyük hissəsinin Nikol Paşinyanın hakimiyyəti dövründə formalaşdırılmasıdır. Son illərdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi mühüm qərarlar da müxalifət tərəfindən hakimiyyətin siyasi maraqlarına uyğun qiymətləndirilib.

Bu səbəbdən bir çox analitik hesab edir ki, məhkəmə nəticələri qüvvədə saxlaya və ya yalnız texniki xarakterli bəzi dəyişikliklərlə kifayətlənə bilər.

Maraqlıdır ki, seçkilərin ləğvi ilk baxışdan hakimiyyət üçün məğlubiyyət kimi görünsə də, bu ssenari Paşinyanın maraqlarına da uyğun ola bilər.

Cagdas.az  xəbər verir ki, bu barədə Rusiya ermənilərinin saytı yekramos.org yazıb.   Bildirilir ki, Son seçkilərdən sonra hökumət parlament çoxluğunu qoruyub saxlasa da, konstitusiya çoxluğunu itirib. Bununla yanaşı, seçkilərin legitimliyi ətrafında yaranan mübahisələr hakimiyyət üzərində əlavə siyasi təzyiq formalaşdırıb. Əgər yeni seçkilər elan olunarsa, Paşinyan bunu “xalqın yenidən qərar verməsi” kimi təqdim etməyə çalışacaq. Hakimiyyət bu müddətdə müxalifətin parçalanmasından istifadə edə, siyasi gündəmi yenidən formalaşdıra və daha güclü nəticə əldə etməyə çalışa bilər.

Sayt yazır ki, bu baxımdan seçkilərin ləğvi avtomatik olaraq Paşinyanın məğlubiyyəti anlamına gəlmir.

Picture background

Müxalif qüvvələr artıq bir neçə gündür ki, tərəfdarlarını səfərbər edirlər. Konstitusiya Məhkəməsinin qərarından narazı qalacaqları təqdirdə genişmiqyaslı etiraz aksiyalarının başlanacağı barədə xəbərdarlıqlar səslənir.

İrəvanda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də məhz bununla əlaqələndirilir. Siyasi müşahidəçilər hesab edirlər ki, qərar hakimiyyətin xeyrinə olarsa, müxalifət seçkilərin legitimliyini tamamilə rədd edə və küçə mübarizəsinə üstünlük verə bilər.

Ermənistanda yaranacaq istənilən daxili siyasi böhran isə təkcə ölkənin daxilində deyil, bütün Cənubi Qafqazda proseslərə təsir göstərə bilər. Azərbaycan-Ermənistan sülh danışıqları, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regionda yeni geosiyasi balansın formalaşması birbaşa İrəvandakı siyasi sabitlikdən asılıdır. Hakimiyyət daxilində yaranacaq zəifləmə və ya yeni seçki prosesi Ermənistanın xarici siyasət qərarlarının qəbulunu ləngidə, regional layihələrin icrasını gecikdirə və ölkəni uzunmüddətli daxili siyasi mübarizə mərhələsinə sürükləyə bilər. (musavat.com)

Bənzər Xəbərlər

Dünya

Pezeşkian azərbaycanlıları da Xameneinin dəfninə ÇAĞIRDI

İyul 3, 2026
Dünya

İran bütün şərtlərlə razılaşıb – Tramp

İyul 3, 2026
Dünya

Xamenei ilə vida mərasimi başladı – FOTO

İyul 3, 2026
Dünya

​Bu iki ölkə yer üzündən silinə bilər

İyul 2, 2026
Central Intelligence Agency (CIA) Director John Ratcliffe speaks during a press conference with U.S. President Donald Trump (not pictured) in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci
Dünya

ABŞ kəşfiyyatından qorxudan AÇIQLAMA: Süni intellekt nüvə silahı qədər təhlükəlidir

İyul 2, 2026
Dünya

Rusiya neftindən tam imtina edirlər

İyul 2, 2026

XƏBƏR LENTİ

Bu il uşağın anadan olmasına görə nə qədər müavinət ödənilib?

03 İyul, 26 / 13:05

Bu gün Bakının 4 rayonunda su olmayacaq

03 İyul, 26 / 12:51

Təhsil krediti alan 120-yə yaxın tələbə təhsilini yarımçıq qoyub

03 İyul, 26 / 12:37

Səfərbərlik Xidməti: Korrupsiya halları ilə bağlı 75 əməkdaş barəsində tədbir görülüb

03 İyul, 26 / 12:24

Pezeşkian azərbaycanlıları da Xameneinin dəfninə ÇAĞIRDI

03 İyul, 26 / 12:10

Qızılın qiyməti 4200 dollar həddini keçdi

03 İyul, 26 / 11:56

İran bütün şərtlərlə razılaşıb – Tramp

03 İyul, 26 / 11:42

Ermənistan bu gün qarışacaq – hamı bu qərarı gözləyir

03 İyul, 26 / 11:28

Köhnə pulları dövriyyədən çıxmağa qoymayan kimlərdir? – inanılmaz faktlar

03 İyul, 26 / 11:15

Maşın bazarında vəziyyət kəskin dəyişdi – Alıcıların nəzərinə!

03 İyul, 26 / 11:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.