Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı açıqlanıb

Cəmiyyət

2026-cı il noyabrın 1-nə olan məlumata görə, 32 690 yetkinlik yaşına çatmış şəxs və valideynlərinin razılığı ilə 14 344 azyaşlı Ermənistan vətəndaşlığı alıb. Söhbət Qarabağdan Ermənistana köçən şəxslərdən gedir.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, Qarabağda köçmüş şəxslər tərəfindən Ermənistan vətəndaşlığı almaq üçün ümumilikdə 53 min 39 müraciət daxil olub. Onlardan uşaqlar da daxil olmaqla, 47 min 34-ü müsbət cavablandırılıb.

Qeyd edək ki, Ermənistan tərəfi 2023-cü ildə Qarabağda həyata keçirlimiş antiterror əməliyyatından sonra guya 120 mindən çox erməninin köçdüyünü iddia edirdi.