Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.
Cagdas.Az “Report”a istinadən xəbər verir ki, gecə saat 1 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı avtomobil yanacağı dörd saat sonra Gürcüstana yola salınıb.
Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.


